İsmayıllı rayonunda şəhidin 60 illiyi qeyd edilib

Birinci Qarabağ müharibəsi şəhidi, əslən İsmayıllı rayonu Buynuz kəndinndən olan və Bakı şəhəri Xətai rayonunda yaşamış Rəhman Şükür oğlu Ocaqovun 60 illik yubileyi münasibətiylə məzarı başında tədbir keçirilib.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Xətai rayon şöbəsinin sədri Sabit Kazımov, sədr müavini Əhli Həbiyev, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) İsmayıllı rayon şöbəsinin sədri Ravid Pənahov, İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin yaxınları, müharibə veteranları, kənd sakinləri və məktəblilər iştirak ediblər.

Şəhid Rəhman Ocaqovun məzarı üzərinə güllər qoyulub və ruhuna dualar oxunub.

Çıxış edənlər şəhid Rəhman Ocaqovun keçdiyi döyüş yolundan, onun qəhrəmanlıq dolu cəbhə həyatından danışıblar. Məktəblilər hərbi vətənpərvərlik ruhlu şeirlər səsləndiriblər.

Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) İsmayıllı rayon şöbəsinin sədri Ravid Pənahov bildirdi ki, İsmayıllı rayonunun onlarla qəhrəman övladı Vətən müdafiəsində iştirak edib və öz canlarından keçərək şəhid olublar. Bu qəhrəmanlarımızdan biri də Rəhman Ocaqovdur. Şəhidlik dinimizdə ən yüksək mərtəbələrdən biridir.  Onlar müqəddəs qəhrəmanlarımızdı və onları unutmamalıyıq.  Biz şəhidlərimizin qanı ilə yuyulan bu torpaqlarda yaşayırıq.  Bu gün biz  bu torpaqlarda sərbəst hərəkət edib, xoşbəxt bir şəkildə yaşayırıqsa, bu, bizlər üçün ölümə qorxusuz getmiş şəhidlərimizin  sayəsindədir.

Allah şəhidlərimizə rəhmət eləsin!

E. Səlim

Bu xəbəri paylaşın: