TƏBRİK: MAYOR HİDAYƏT ƏMİRASLANOV — 44

Azərbaycan Vətən Müharibəsi Veteranların İctimai Birliyi Rəhbərliyi, ehtiyatda olan mayor Hidayət Əmiraslanovu  doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib tükənməyən nəaliyyətlər arzulayır. Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin.

Hidayət Əmiraslanov 1994-1998-ci illərdə Azərbaycan Aqrar Universitetinin Mexanizasiya fakültəsini bitirmişdir.1999-cu ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Həqiqi Hərbi xidmətə başlamışdır.1999-cu ildə Gəncədə Taqım Komandiri, 2001-ci ildə Hacıqabulda Taqım Komandiri, 2002-2020-ci illərdə Biləcəridə Bölük Komandiri, Təminat taborunun təlim-tərbiyə işləri üzrə müavini, Qərargah rəisinin xidmət üzrə köməkçisi  vəzifələrində xidmət etmişdir.

 Daxili Qoşunlar və Türkiyə Jandarma qüvvələrinin birgə fəaliyyəti ilə Xəzər rayonunda yaranmış tədris mərkəzini ( zabitlərin təkmilləşdirmə kursunu ) 1999-cu ildə müvəffəqiyyətlə başa vurmuşdur.

Mayor Əmiraslanov Hidayət Zakir oğlu 20.08.1978-ci ildə Goranboy rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1994-cü ildə Gəncə şəhərində yerləşən 10 saylı tam orta məktəbi, 1998-ci ildə Azərbaycan Aqrar Universitetinin mexanizasiya fakültəsini bitirib.

Silahlı Qüvvələrin ehtiyatda olan mayoru Hidayət Əmiraslanov peşəkarlığı və humanistliyi ilə seçilən ən məhsuldar dövrünün 24-illik şərəfli xidməti yolunu Hərbi xidmətdə keçirib.

O, Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən , Azərbaycan Respublikasının Konustutiyasına və qanunlarına, hərbi andın, hərbi nizamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə  tabeliyindəkilər üçün nümunə olmuşdur .

Hidayət Əmiraslanov Daxili Qoşunlara həvalə etmiş vəzifələrin yerinə yetirilməsində  , cinayətkarlığa qarşı mübarizədə ictimai asayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə bir taqım, bölük komandiri və Qərargah Rəisinin xidmət üzrə köməkçisi  kimi məsuliyyətlə yanaşmışdır.

O, Daxili Qoşunlara,xidmət etdiyi hərbi hissəyə həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində ,cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.

Ehtiyatda olan mayor  Hidayət Əmiraslanov vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. O , Hərbi hissənin Qərargah Rəisinin xidmət üzrə köməkçisi vəzifələrində xidmət edərək səmərəli fəaliyyəti və işgüzarlıq və mənəvi keyfiyyəti ilə  Komandanlığın daimi  diqqət mərkəzində olmuşdur.

Silahlı Qüvvələrin ehtiyyatda olan mayoru Hidayət Əmiraslanov  DİN-in Daxili Qoşunlarında səmərəli fəaliyyəti ,Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunlar komandanlğı tərəfindən yüksək qiymətləndirilib.Cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunnmasında  , xidməti və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə o, 2003-cü ildə ictimai asayişin mühafizəsi üzrə göstərdiyi şücayətlərinə görə Daxili İşlər Nazirinin müvafiq əmri ilə növbədən kənar kapitan hərbi rütbəsi ilə təltif olunmuşdur.

Onun rəhbərlik etdiyi bölük 2004-cü ildə Xidməti — döyüş fəaliyyətinin yekunlarına görə, döyüş və ictimai-siyasi hazırlığında yüksək nəticələr əldə etdiyinə görə Hərbi hissə tərəfindən  «Keçici Kubok» ilə təltif olunmuşdur.

 2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa Oyunları zamanı «Xidmətdə fərqləndiyinə görə» Daxili İşlər Nazirliyinin əlaçı döş nişanı ilə təltif olunmuşdur,  Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı ilə hərbi xidmətlərinə görə “ medal, Daxili İşlər Nazirliyinin, Daxili  Qoşunlar komandanlığının və xidmət etdiyi hərbi hissələrin komandirlərinin müvafiq əmrləri ilə bir sıra medallarla (Daxili Qoşunlarda Qüsursuz xidmətlərə görə 3-cü , 2-ci və 1-ci dərəcəli medallara , Silahlı qüvvələrin yaranmasının 10, 90 medalları ilə ) DİN-nin əlaçı döş nişanı ilə, Fəxri Fərmanlarla və qidmətli  hədiyyələrlə mükafatlandırılıb.

Dərin hörmətlə,    

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: