TƏBRİK: POLKOVNİK-LEYTENAT IMRAN MUSAYEV — 64

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Rəhbərliyi, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Nərimanov rayon şöbəsinin üzvü ehtiyyatda olan polkovnik-leytenant Musayev İmran İkram oğlunu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən naliyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun,onu xoşbəxt edəcək şəkildə keçsin!

     Müharibə və Silahllı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik leytenant Musayev İmran İkram oglu  20 avqust 1958-ci ildə Xaçmaz rayonuun Xudat şəhərində anadan olub.

O,1965 ci ildə Xudat şəhərində birinci sinifə getmiş, 1976-cı ildə həmin məktəbi,1981- ci illərdə isə SSRİ Daxili İşlər Nazirliyinin Norilisk şəhərində yerləşən Xidməti itlərin tətbiqi üzrə məktəbi bitirmişdir.

     O,1997-1978-ci ilərdə SSRI Müdafiəyə Nazirliyinin Piribaltika şəhərində yerləşən hərbi hissəsində müdddətli həqqi hərbi xidmətdə olmuşdur.

1979-ci ildən-1992 -ci ilə kimi Daxili İşlər Nazirliyinin Baş cinayət axtarış idarəsnin xidməti itlərin tətbiqi bölməsində müxtəlif vəzifələrdə işləmişdir.1992-1994-cü ilərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən məntəqənin  rəisi,1995-1999 -cu  ilərdə Daxili Qoşunların Baş İdarəsinin Döyüş hazırlığı idarəsində xidmət işlərin tətbiqi və hazırlığı üzrə xidmət rəisi, 2000- 2004-cü illərdə Daxili Qoşunların Baş İdarəsinin Əməliyyat şöbəsində xidməti itlərin tətbiqi üzrə baş zabit vəzifəsində, 2005-2008-ci illərdə isə Dövlət Sərhəd xidmətində N saylı hərbi hissənin komandiri vəzifələrində xidmət edib.

    Imran Musayev peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün  32 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Orqanlarında və hərbi xidmətə kecirib.

    O,Daxili Qoşunlara, həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, silahlı dəstələrin zərərsizləşdirilməsində,  cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində, Dövlətin ərazi bütövlün təmin olunmasında iştirak etdiyinə , döyüş  və xüsusi əməliyyatlar zamanı igidlik göstərdiyinə, öz vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002- ci tarixli Sərəncamı ilə Ehtiyyatda olan polkovnik- leytenant Musayev İmran İkram oglu «Hərbi xidmətlərə görə «medalı ilə təltif olunub.

     İmran Musayev Azərbaycan Respublikası Konstitusiyasına,və qanunlarına,hərbi andın, hərbi nizamnamələrin, xidməti itlərin yetişdilməsi, hazırlanması və  tətbiqi üzrə  əsasnamənin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ucun nümnə olmuşdur.

   O,Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir,İmran Musayev Daxili İşlər Nazirliyinin Cinayət axtarış baş idasənin xidmət itlərin tətbiqi üzrə bölməsində və Daxili Qosunlar Baş İdarəsində  müxtəlif rəhbər vəzifələrdə xidmət etdiyi illər ərzində bir sira komissiyaların və məqsədli qurupların üzvü olarkən o,səmərəli fəaliyyət ilə, işgüzar və mənəvi keyfiyyətilə ,  nəzəri və  praktiki biliyi ilə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır

    Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarının  hərbi hissələrində  və xidməti itlərin saxlama məntəqələrində  və təlim şəhərcliklərində  xidməti itlərin yetişdirlməsi, hazırlanması və tətbiqi üzrə müasir tələblərə uyğun əsasnamələrin, təlmatların, lazımi təminat normaların,formalaşdırılmış sənədlərin, ixtisas hazırlığı üzrə tədris proqramların, metodiki dərs vəsaitlərin hazırlanmasında,xidməti itlərin tətbiqi üzrə kiçik mütəxəssislərinin hazırlanmasında, onlara lazımı metodiki təlim toplanışlarının, müvafiq kursların keyfiyyətilə  kecirilməsində ehtiyyatda olan polkovnik-leytenant İmran Musayevin böyük rolu olmuşdur.

    Polkovnik leytenant İmran Musayev İkram oglu Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin,Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, xidmət etdiyi  idarərələin rəislərinin müvafiq əmrləri ilə bir sira medallarla, «Əla xidmətlərə görə «döş və «yubiley «medalarla təltif edilib və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN İMRAN BƏY!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN

DAİMA XOŞBEXT VƏ FİRAVAN YAŞA.

ÖMRÜN UZUN OLSUN 100 YAŞA.

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: