Şabran, Siyəzən, Quba və Xaçmaz rayonlarında yanğının miqyası böyükdür

Artıq 5-ci gündür ki, yanğın şimal bölgəsini öz ağuşuna alıb. Şabran, Siyəzən, Quba və Xaçmaz rayonlarında yanğının miqyası böyükdür. Buna səbəb havanın küləkli keçməsidir. Elə gün olurdu küləyin sürəti 18-22 m/san-ə qalxırdı.

Bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

«Nazirlik olaraq 70 texnika və 300 əməkdaşımız, eləcə də FHN-in şəxsi heyəti, amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub. Yanğın bütövlükdə 4 min hektarı əhatə edir», — nazir müavini deyib

Bu xəbəri paylaşın: