Nikol Paşinyan və İrakli Qaribaşvili arasında görüş olub

Ermənistan-Gürcüstan sərhədində, Baqrataşen rayonunda Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Qaribaşvili arasında görüş olub.

Aravot.ru-nun yazdığına görə görüş Ermənistan-Gürcüstan Dostluq Körpüsünün açılış mərasimi çərçivəsində baş tutub.

Nikol Paşinyan və İrakli Qaribaşvili körpünün istifadəyə verilməsinin vacibliyini qeyd edib və onun ikitərəfli nəqliyyat axınının asanlaşdırılmasında rolunu vurğulayıblar. Ermənistan və Gürcüstan hökumət başçıları qeyd ediblər ki, yüksək səviyyəli intensiv təmaslar Ermənistan-Gürcüstan münasibətlərinin dinamik inkişafından və siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir.

Bu xəbəri paylaşın: