Hələ 21 fevral 2021-ci ildə Afonyalı qoca Geokon peyğəmbərliklərinin birinci hissəsində dollar və avronun çökəcəyini proqnozlaşdırmışdı. Bir çox dövlətlər artıq heç bir şeylə dəstəklənməyən bu Qərb “taxta valyutasından” ödəniş vasitəsi kimi istifadə etmək barədə düşünməyə başlayıb. Ola bilsin ki, bu valyutaların çökməsi yaxın gələcəkdə baş verəcək. Proqnozlarının ikinci hissəsində ağsaqqal yaxın gələcəkdə baş verə biləcək hadisələri təsvir edir.
Böyük Geokonun peyğəmbərliyinin ikinci hissəsi.
“Övladlarım, bundan sonra Yunanıstanda siyasi təlatümlər başlayır, amma əvvəlcə bunlar Kiprdə baş verəcək. Bu, birdən başlayacaq, Yunanıstandan kapital axınına səbəb olacaq və bir növ bankla bağlı fırıldaqlardan qaynaqlanacaq. Çox sürətlə inkişaf edəcək və ölkədə siyasi təlatümlərlə müşayət olunacaq. Hakimiyyətdəki siyasətçilər bütün maskaları atıb, caynaqları və dişləri ilə hakimiyyəti əldə saxlamağa çalışacaqlar. Amma insanlar onlara inanmayacaq, ayağa qalxıb polislə döyüşə girəcəklər. Sonra ordu polisin köməyinə atılacaq, amma sonda ordu xalqla birlikdə döyüşəcək. Digər gözlənilməz şeylər və möcüzələri də görəcəyik.
Ştatlardan birində siyasətçinin ölümü həmin ştata hərbi müdaxiləyə səbəb olacaq. Birinci mərhələdə işğal mülki geyimdə olan hərbçilərin köməyi ilə olacaq, lakin sonradan ordu onlara qoşulacaq. Bu çox tezliklə olacaq, amma dəqiq tarixi bilmirəm. Amerikada siyasi qarışıqlıq başlayacaq. Orada biri düşəcək, biri qalxacaq, amma bir aydan sonra bunun əksi olacaq. Bütün bunlar əvvəlcə siyasi qarşıdurmaya, sonra isə vətəndaş müharibəsinə çevriləcək. Sonra hər şey bir az sakitləşəcək, amma eyni şey Fransa və İngiltərədə başlayacaq, sonra siyasi sistemlərin çökəcəyi İtaliya haqqında belə xəbərlər eşidəcəksiniz. Onlar öz aralarında döyüşəcəklər.
Almaniyada da nüvə partlayışı ilə bağlı bir şey olacaq. Bu, ya nüvə hücumu, ya da atom elektrik stansiyasında qəza olacaq. Almaniya böyük sınaqlara məruz qalacaq, əcnəbilər vətənlərinə gedəcək, almanlar isə kiçik dövlətlər kimi olan torpaq federasiyalarına səpələnəcəklər.
Almaniyadan sonra İtaliya iqtisadiyyatının çöküşünü görəcəyik.
Orada, İtaliyada üsyanlar və vətəndaş müharibəsi olacaq. Bundan sonra birdən Serbiyadakı problemləri eşidəcəksiniz, Yeni Dünya Nizamı problemləri ora qarışıqlıq gətirəcək. Dağlıq Qarabağda müharibə yenidən alovlanacaq və Rusiya oraya böyük güclə gələcək. Dağlıq Qarabağda müharibə başlayandan sonra isə Rusiya ilə Gürcüstan arasında da müharibə başlayacaq (bəlkə də müharibə Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsindən sonra başlayacaq – müəllif qeydi). Onda Ermənistandakı müharibə, Albaniyadakı müharibə barədə eşidəcəksiniz, yenə İtaliyadan eşidəcəksiniz, ondan sonra Türkiyənin parçalanması baş verəcək.
Hər şey sürətlə, böyük enerji ilə baş verəcək və bütün dünyada insanlar daim şok vəziyyətində olacaqlar. Və peyvənd başladığı kimi birdən-birə dayanacaq, çünki onun köməyi ilə qlobalçılar maliyyə çöküşü hazırlayırdılar.
Bütün banklar çökəcək və bankirlər yığdıqlarını xalqa paylamağa başlayacaqlar, çünki bankirlər canları üçün mübarizə aparmalı olacaqlar. Bundan sonra isə dərhal yeni müharibələr başlayacaq.
Əli Nəsib Zərdabi
