Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zaporojye AES-dəki vəziyyəti Rusiya lideri Vladimir Putinlə müzakirə etməyi və ondan konkret tədbirlər görməyi xahiş etməyi planlaşdırdığını bildirib, deyə RİA Novosti yazır.
Türkiyə lideri belə bir qərarı Lvovda Ukrayna prezidenti Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlardan sonra verib.
Türkiyə Prezidenti qeyd edib ki, AES mövzusu təsadüfi deyil. Onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) stansiyadakı vəziyyəti diqqətlə izləməlidir, çünki bu, təhlükə yaradır.
Ərdoğan həmçinin əlavə edib ki, o, prezident Zelenskinin Türkiyədə Rusiya lideri Vladimir Putinlə görüşməsini təklif edib.
Xatırladaq ki, avqustun 18-də Lvovda BMT-nin baş katibi Antonio Quterreş, Ukrayna və Türkiyə prezidentləri Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə danışıqlar aparılıb. Görüşdə taxıl məsələsi, Ukrayna böhranının həlli və beynəlxalq əməkdaşlıq müzakirə olunub.
Nurlan Məmmədli
