Çində 17 il yerin altında qalan şaxtaçı sağ tapılıb

Çinli mədənçilər 17 il əvvəl güclü zəlzələnin baş verdiyi yerdə ekskavatorla tərk edilmiş mədəni qazırdılar. Tapıntı işçiləri şoka saldı…

17 il əvvəl Çinin qərbində Rixter cədvəli ilə 7,8 bal gücündə zəlzələ nəticəsində 118 şaxtaçının olduğu şaxta uçub.

O vaxtdan mədənin bu hissəsi bağlanıb. Bununla belə, bir qrup mədənçi bu yaxınlarda tərk edilmiş şaxtada işini bərpa edib, təsadüfən sağ qalmış mədənçi aşkar ediblər. O, 17 il bu ölüm tələsinin içində sağ qalmağı bacarıb.

Xilas edilən 59 yaşlı mədənçi Çunq Vai çox pis vəziyyətdə idi. O, yaxınlıqdakı xəstəxanaya aparılıb, hazırda həkimlər onun fiziki və psixi vəziyyətini qiymətləndirirlər.

Zəlzələ zamanı mədən tunelini dəstəkləyən taxta konstruksiyalar dağılıb, 118 nəfər dağıntılar altında qalıb. Çunqdan başqa bütün mədənçilər ölüb. Onun sağ qalmağının yeganə səbəbi təmiz havanın yeganə çıxışı olan ventilyasiya olub.

Bundan əlavə, mədənlərdə çökmə baş verərsə, böyük ərzaq ehtiyatlarının olması da ona tab gətirməyə kömək edib. Buna baxmayaraq, o, həm də siçovul və mamır yemək məcburiyyətində qalıb.

Elnur Səlim

Bu xəbəri paylaşın: