26 avqust AVMVİB-nin yaranma günüdür!

Qarşıdan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasının 28 illiyi gəlir!

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev fikirlərini bizimlə bölüşüb…

Salman Musayev bildirdi ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB ) Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş  əməliyyatlarında   iştirak etmiş, müharibə  veteranlarını öz ətrafında birləşdirən ictimai təşkilat kimi 1994 -cü ildən fəaliyyət göstərir və uzun bir yol keçmişdir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) fəaliyyət göstərdiyi  28 il  ərzində ölkəmizin ictimai- sıyası həyatında fəal iştirak edib və bu  gündə yüksək fəallığı  ilə secilən aparıcı ictimai (təşkilatlardan) birliklərdən bırıdır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, 28 illik  fəaliyyəti  dövründə veteranlar və şəhid ailələri arasında, istərsə də yüksək rəsmi dairələrdə böyük hörmət qazanmış, 44 günlük Vətən müharibəsində isə  başda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev olmaqla,  AVMVİB rəhbərliyi və  bir sıra rayon şöbələrinin sədr və müavinləri  hərbi qulluqçularmızın yanında olaraq,  onlara həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Hazırda sıralarında  87.000 (səksən yeddi) mindən çox üzvü birləşdirən AVMVİB cəbhədən geri dönmüş kontingentlə fəal iş aparır və gənclərimizin cəmiyyətə adaptasiya olunması üçün əlindən gələnləri əsirgəmir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yarandığı gündən dövlətçiliyimizi, müdruk dövlət xadimi Heydər Əliyevin və onun davamçısı Prezident  İlham Əliyevin  siyasətini daim dəstə kləyən ictimai təşkilat kimi fəaliyyət göstərir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bir aparcı təşkilat olaraq ordu sıralarından təxris olmuş döyüşü gənçlərin mülki  həyata sosial reabilitasiyası, onlar üçün yeni iş yerlərinin açılmasına köməklik göstərilməsi, yeniyetmələr arasında hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların bir sıra problemlərinin həll edilməsi istiqamətində təşkilatmızın qarşısında duran əsas məqsəd və vəzifələriin yerinə yetirilməsi isqamətində  rəhbərlik,  AVMVİB -nin  Fədai. az, » Veteran. az» adlı mətubat orqanın,  «Veteran TV» internet televiziyasının kolektivi, respublikanın şəhər və rayon  şöbələrinin sədr və müavinləri tərəfindən bir çox işlər daimi aparılır.

Müdrik dövlət xadimi Heydər Əliyevin  1994 -cü ilin  iyun 28 -də imzaladığı » Veteranlar haqqında» Respublika Qanununda  bu diqqət  və qayğının  hüquqi əsasları müəyyənləşdirib. Onun veteranlara qayğı siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Veteranlara dövlət qayğısı yeni  səviyyə qaldırılıb. Azərbaycan müharibə əlillərinə, şəhid ailələriinə, maddi yardımın, pensiyaların miqdarının ildən- ilə artrılmasında, müharibə əlillərin mənzil və avtomobilə təmin edilməsində,   Prezıdent təqaüdünün verilməsi istiqamətində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  tərəfindən böyük işlər görülür və müvafiq sərancamlar verilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə  iştirakçılarına (müharibə əlillərinə) , şəhid  ailələriinə göstərdiyi qayğıya görə  Azərbaycan Respublikasının Prezıdentınə öz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və üzvləri adından  öz minatdarlığımı bildirəm.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin  yerinə yetirilməsinə  AVMVİB  İdarə Heyətinin üzvləri (Füzuli Rzaquliyev, Vahid Abdurrəhmanov, Xaqani Ədəboğlu, Qurban Osmanov və NTK sədri Niyazi Quliyev), AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Rzaquliyev,  AVMVİB — nin  Gəncə, Sumqayıt, Mingəçevir, Naftalan, Xankəndi şəhər, Tovuz, Nəsimi, Zəngilan, Qubadlı, Zərdab, Goranboy, Xocalı, Suraxanı, Nərmanov, Xocavənd, Qazax, Beyləqan, Balakən, Lənkəran, Xətai, Sabirabad, Tərtər, İmişli, Saatlı, Ağdaş, Yardımlı, Binəqədi, Abşeron, Füzuli, Qazax, Ağstafa, Göygöl, Gəncə ş. Nizami, Çilov, Səbail, Yasamal, Yevlax, Xəzər, Cəbrayıl, Laçın, Ağcabədi, Masallı və digər rayon şöbələrinin sədrləri layiqincə yanaşaraq  onlara həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlirlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının 28 il dönümü münasibəti Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyini, üzvlərini təbrik edirəm, onlara can sağlığı, uzun ömur arzulayiram. Vətən ügrunda şəhid olmuşlara, sıralarımızdan ayrılıb Haqqa yürümüş müharibə veteranlarımıza isə Allahdan rəhmət diləyirəm.

Allah Bayraq sevdalı, Vətən və Torpaq təəsüblü döyüşçü qardaşlarımızı qorusun!

Bu xəbəri paylaşın: