TƏBRİK: KAPİTAN ALMAZ XƏLİLOV — 53

Əfqanıstan və Qarabağ müharibəsi veteranı ehtiyatda olan kapitan Xəlilov Almaz Səmyət oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin rəhbərliyi və Fədai.az kollektivi təbrik edir ona  fəaliyyətində uğurlar arzulayır.

Xəlilov Almaz Səmyət oğlu 1969 — cu ilin avqust ayının 22 — də Ermanıstan Sovet Sosialist Respublikasının Kalinino rayonunun Dəmircilər kəndində anadan olub.

1986 ci ildə Kalinino rayonun Dəmircilər kənd orta məktəbini, Azərbaycan Ordusunun və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində xidmət etdiyi illər ərzində isə Zabitlər və zabitlərin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmətdə olduğu illərdə Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox metodiki -təlim toplanışlarda, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

1987- 1988 ci illərdə Sovet Ordusunun Taşkənd Respublikasında, Əfqanıstan Demokratik Respublikasında, Rasiyanın isə Kalininqrad şəhərində yerləşən hərbi hissələrində müddətlı həqiqi hərbi xidmət olub.

1994- 2002.-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Nərmanov, Hacqabul rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində tabor komandiri, Xüsusi Təyinatlı Dəstə komandiri ,Daxili Qoşunların Baş idarəsinin Növbətçi Xidmətində isə baş zabit vəzifələrindəVətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

1990 — 1992- ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsində, 1992- 1993 -cü ilərdə isə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Şuşa, Laçın, Qazax, Tovuz, Göygöl, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə və Caykənd əməliyyatlarında üzərinə düşən vəzifə vətapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, Şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində , fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Əfqanıstanda və Azərbaycan Respublikasında Hərbi xidməti vəzifə borclarını yerinə yetirərkən göstərdiyi rəşadətə, əla döyüş hazırlığı göstəricilərinə görə, SSRİ Alı Soveti, Azərbaycan Respublikasının Prezidenti adından bir çox medalarla, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) isə təsis etdiyi xatirə medaları ilə təltif olunub.

Almaz doğum günün mübarək!!!

Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: