AVMVİB Lənkəran rayon şöbəsinin üzvləri açılışda iştirak ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin üzvləri rayonun Havzava kəndində Birinci Vətən Müharibəsi şəhidimiz Şabanov Mahir Novruz oğlu və 44 günlük Vətən müharibəsi şəhidimiz Həsənzadə Əbülhəsən Mirzə oğlunun xatirəsinə həsr olunmuş Şəhid Abidəsi Kompleksinin açılış mərasimində iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev məlumat verib.

AVMVİB üzvü olan müharibə veteranları ilə yanaşı Çernobl Veteranlar Cəmiyyətinin sədri Azad Ağayev, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və məktəblilər də tədbirdə iştirak ediblər.

Saleh Dostiyev bildirib ki, şəhidimiz Əbülhəsən Həsənzadənin valideynləri ilə görüşdük, onun keçdiyi qəhrəmanlıqlarla dolu olan döyüş yolundan söhbət açıblar. Onlara Allahdan səbr dilədik.

Ruhları qarşısında baş əyiriik. AVMVİB olaraq daim şəhid ailələrinin yanındayıq.

Şəhidlər ölməz, əbədi yaşarlar.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: