MÜHARİBƏ VETERANI, İSTEFADA OLAN MAYOR  MƏQSƏD  QASIMOV VƏFAT EDİB

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DİN DQ) həyatında öz  dəst-xətti olan, peşəkarlığı, humanistliyi, vətənpərvərliyi, səmimiyyəti ilə secilən, mənalı ömrünü DİN DQ-də Vətənə ləyaqətlə xidmətə həsr etmiş,  1997-ci ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü istefada olan mayor Qasımov Məqsəd  Məhəmməd oğlu  2022-ci ilin  avqust ayının 21-də vəfat edib.

AVMVİB rəhbərliyi, Daxili Qoşunların ehtiyatda və istefada olan hərbi vəzifəliləri,  hal-hazırda onun DİN DQ-də xidmət edən iş yoldaşları, “Fədai.az” kollektivi, AVMVİB-in Suraxanı rayon şöbəsinin sədri və üzvləri AVMVİB Suraxanı rayon şöbəsinin üzvü, istefada olan  mayor Qasımov Məqsəd Məhəmməd oğlunun vəfatından kədərləndiyini bildirir, məhrumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Məqsəd Qasımov 1956-cı ildə fevral ayının 2-də Ağstafa rayonunun  Sadaqlı kəndində zəhmətkeş ailədə anadan olub.

1973-cü ildə həmin kəndin orta məktəbini, 1977-ci ildə Bakı Plan-Uçot texnikomunu, 1980-ci ildə isə  Sovet ordusunda xidmət etdiyi illər ərzində Volqoqrad Mühəndis İstehkam (sapyor) məktəbini bitirib. O, DİN DQ-də xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Bas İdarəsində  və hərbi hissələrində  kecirlən bir çox metodiki təlim toplanışlarda,  xüsusi-taktiki təlimlərdə, komando-qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.

Məqsəd Qasımov 1992-1998-ci illərdə DİN DQ-nin Binəqədi, Ağdam, Ağdərə,  Füzuli rayonlarında yerləşən hərbi hissələrdə  mühəndis- istehkam  taqım və böluk komandiri, alayın mühəndis xidməti rəisi, Daxili Qoşunların Baş İdarəsinin Döyüş hazırlığı idarəsində Mühəndis xidmətinin ilk rəisi vəzifələrində  Dövlətə, Vətənə, Xalqa ləyaqətlə xidmət edib.

O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və  Daxili Qoşunların  döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən  məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Mayor Məqsəd Qasımov Azərbaycan Respublikasının ərazi bütövlüyün təmin edilməsində, respublikada cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, fövqaladə vəziyət zamanı hüquqi rejim tədbirlərinin  həyata  keçirilməsində   üzərinə düşən  məsul vəzifələri hər zaman  layiqincə yerinə yetirən,  öz ixtisasını bilən peşəkar zabit olub.

Məqsəd Qasımov Daxili Qoşunların Bas İdarəsinin Döyüş hazırlığı idarəsində mühəndis xidmətinin rəisi vəzifələrində xidmət etdiyi illər ərzində mühəndis xidməti üzrə bir çox mütəxəssiz hərbi qulluqçuların  hazırlanmasında xüsusi əməyi olub. O, xəstəliyi ilə əlaqədar təqaüdə çıxdıqdan sonra da  AVMVİB-in Suraxanı rayon şöbəsinin üzvü  və sədr müavini olduğu illər ərzində də şəxsi heyətin, yeni yetirmələrin hərbi-vətənpərvərlik tərbiyəsində, peşəkarlığının artırılmasında, ordu sıralarından təxris olmuş  gənclərin mülki həyata sosial adaptasiya olunması istiqamətində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Mayor Məqsəd Qasımov Azərbaycanın ərazi bütövlüyü uğrunda  Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl  rayonları istiqamətində gedən döyüşlərdə fəal  iştirak etmiş,  ona həvalə olunmuş vəzifə və tapşırıqların vaxtında yerınə yetirilməsində bir cox hərbi qulluqçulara şəxsi nümunə olmuş, öznü bir mühəndis-istehkamcı peşəkar, qəhrəman zabit (böluk kamandiri və  xidmət rəisi) kimi  göstərmişdir. O, həmin döyüşlərdə mərdlik və şücaət gösərərək düşmənin 8-dən çox tankını,  piyada döyüş maşınını, bir necə artileriya qurğusunu (topunu), 2 (iki) ədəd  yancaq  daşıyan maşınını, 2 (iki) ədəd  şəxsi heyətlə dolu olan  “Kamaz” markalı  maşınını və  xeyli sayda canlı qüvvəsini  məhv etmiş, düşmən tərəfindən qurşdırılmış yüzlərlə  partlayıcı qurğuları zərərləşdirmişdir.

Mayor Məqsəd Qasımov Ağdam rayonu uğrunda gedən döyüşlərdə  xüsusi qəhrəmanlıq göstərmiş, düşmən alayının qərargah rəisinin olduğu tankı izləyərək partlatmış və alayın qərargah rəisini əsir götürmüşdür.

Xidmət vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə Azərbaycan Respublikasının Daxili işlər nazirnın, Daxili qoşunlar komandanın və onun müavinlərinin,  Daxili Qoşunların Baş İdarəsinin  Döyüş hazırlığı idarəsinin rəisinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə “Qusursuz Xidmətlərə görə”  medaları ilə,  Fəxri Fərmanlarla, qiymətli hədiyyələrlə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin  25 may  2005 -ci tarixli  803 saylı  sərəncamı ilə mayor Qasımov Məqsəd Məhəmməd oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində,  hərbi və xidməti vəzifələri, xüsusi tapşırıqları  yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə «İGİDLİYƏ GÖRƏ» və AVMVİB-nin təsis etdiyi Xatirə medallarıyla təltif edilib.

ALLAH RƏHMƏT ELƏSİN,  MƏKANI CƏNNƏT OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: