Ukraynada qondarma respublikanın binası DAĞIDILDI

Qondarma Donetsk Xalq Respublikasının administrasiyasına raket zərbəsi endirilib.

Raket zərbəsi nəticəsində bina yanıb. Qondarma respublikanın başçısı Deniz Puşilin zərər çəkməyib.

Xatırladaq ki, bina Donetskin mərkəzində yerləşir.

«Şəhərin Voroşilovski rayonunun atəşə tutulması nəticəsində 25 yaşlı gənc həlak olub» deyə o yazıb.

Daha əvvəl «DXR»-nin ərazi müdafiə qərargahı məlumat vermişdi ki, 1971-ci il təvəllüdlü kişi Ukrayna Silahlı Qüvvələrinin atəşi zamanı Çelyuskintsev küçəsində avtomobilində, 2004-cü il təvəllüdlü gənc isə Dzerjinski prospektində həlak olub.

Qərargah əlavə edib ki, NATO artilleriyasının atəşə tutulması nəticəsində Artem küçəsində yerləşən Mərkəzi otelə və yanğının başladığı «DXR» rəhbərinin inzibati binasına ziyan dəyib.

Bu xəbəri paylaşın: