Paşinyan hökuməti toplayır

Ermənistan hökumətinin avqustun 24-də növbəti iclası keçirilir.

Bu barədə “Armenpress” Nazirlər Kabinetinə istinadən məlumat yayıb.

Baş nazir Nikol Paşinyanın sədrliyilə keçiriləcək iclasda Ermənistan-Azərbaycan münasibətlərinə dair son hadisələrə də toxunulacağı gözlənilir.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, yaxın günlərdə «Laçın dəhlizi» boyunca yerləşən Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəızarətinə keçəcək. 

Bu xəbəri paylaşın: