Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərar verdi

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 noyabr saat 06:00-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Bundan əvvəl ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək olan dövrü əhatə edirdi.

Bu xəbəri paylaşın: