Bir zamanlar xanım Mehriban Əliyevanı Qarabağa MUĞAM dinləməyə dəvət edən Ermənistanın baş naziri Paşinyanın arvadı Anna Akopyan baş verən son hadisələrdən yaman narahatdır.
O, LAÇIN və ətraf kəndlərindən ermənilərin çıxarılmasından təşvişə düşərək GÖYÇƏ (Sevan) gölü barəsində düşünməyə başladı. Anna, öz səhifəsində GÖYÇƏ gölünün «coşması» barəsində VİDEO ilə birlikdə aşağıdakı öz ürək sözlərini də paylaşdı: «SEVANDA FIRTINALAR VAR, YAMAN KÖPÜKLƏNİBDİR» (Guya Sevan bizə hirslənərək tufan qaldırıb.)
Mən də dözə bilməyib onun paylaşdığı VİDEOya görə belə bir şərh yazdım: «Գյոքչա (Սեւան) լիճն էլ է կարոտում իր իսկական տերերի hամար, դրա համար էլ Փոթորկվում և փրփրում է:» Tərcüməsi: «Göyçə (Sevan) gölü də öz əsl sahibləri üçün darıxır, buna görə də fırtınalı və köpüklüdür.»
https://mamul.am/am/news/246750 (VİDEO) baxmağı unutmayın.
Döstlar, əgər xoşunuza gəldisə, xahiş edirəm yuxarıdakı linkə daxil olub mənim yazdığım ermənicə şərhi bəyənəsiniz. Bunun üçün ermənicə (Հավանել ) sözünün üstündən sıxmaq lazımdır.
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru
