Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Zöhrab Səfərovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzulayır.
Zöhrab Səfərovun yaşının üstə gələn bu yaş, ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha mənalı və gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Müharibə və Silahlı Qüvvələr Veteranı, ehtiyyatda olan polkovnik-leytenant Zöhrab Səfərov 30 avqust 1948-ci ildə Qərbi Azərbaycanın Mehri rayonunda anadan olub.


O, 1955-1965-ci illədə orta məktəbi bitirdikdən sonra 1966-cı ildə S.M.Kirov adına Bakı Dövlət Ünverstetinə daxil olmuş,1973-cü ildə isə həmin Universiteti bitirmişdir.
Zöhrab Səfərov 1973-1974-ci illərdə SSRİ Müdafiə Nazirliyinin Zakafkaz Dairəsində (okrukunda) yerləşən hərbi hissələrinin birində müdddətli həqqi hərbi xidmətdə olmuşdur. O, 1975-2003-cü illərdə Daxili İşlər Nazirliyinin Cəzaçəkmə müəssisəsində dəstə rəisi, Cəzaçəkmə müəssisə rəisinin tərbiyəvi işlər üzrə müavini, DİN-in Daxili Qoşunların Bas İdarəsinin Konvoy-Mühafizə alayında alay komandirinin arxa (arxa cəbhə) xidmət üzrə müavini, Konvoy-Mühafizə alayın komandiri, Daxili Qoşunların Bas İdarəsinin Ərzaq şöbəsində qoşunların yardımçı təsərrüfat rəisi, Daxili Qoşunların Baş idarəsinin Xəzər, Hacıqabul və Quba rayonlarında yerləşən hərbi hissələrdə hərbi hissə komandirinin arxa xidmət (arxa cəbhə )üzrə müavini vəzifələrində xidmət edib.
Polkovnik-leytenant Zöhrab Şəfərov hərbi hissə komandirinin arxa xidmət (arxa cəbhə) üzrə müavini vəzifəsində xidmət etdiyi illər ərzində tabeliyində olan xidmətlər üzrə hərbi hissənin bölmələrinin maddi təminatına, maddi vasitələrin bütün növlərinin gətirilməsinə və şəxsi heyətə vaxtında çatdırılmasına, kazarma-yaşayış fondunun, silah və texnikanın qorunub saxlanılmasına, parkların və yeməkxanaların vəziyyəttinə və orda xidmətin təşkilinə cavadeh olduğu sahələrdə üzərinə düsən vəzifələrin, tapşırıqların yerinə yetirilməsinə, bilavasitə tabeliyində olan xidmətlərdə aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.

Ehtiyyatda olan polkovnik-leytenant Zöhrab Səfərov peşəkarlığı və humanistliyi ilə seçilən ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Cəzaçəkmə müəssisəsində, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə keçirərək Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir.
Zöhrab Səfərov Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində bir çox komissiyaların, kompleks və məqsədli qurupların üzvü və rəhbəri kimi üzərinə düsən vəzifələrin, tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
O, Daxili Qoşunlara, xidmət etdiyi hərbi hissəyə həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, Cinayətgarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində, ictimai asayişin qorumasında, silahlı dəstələrin zərərsizləşdirilməsində, eləcə də xidmət etdiyi hərbi hərbi hissənin Azərbaycanın süverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi illər ərzində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.


Arxa xidmət üzrə (maddi texniki təminat xidmətləri üzrə) bilavasitə tabeliyində olan bölmərin və xidmətlərin şəxsi həyəti ilə, kiçik mütəxəssislər ilə, hərbi hissələrin yardımçı təsərrüfat rəisləri ilə döyü və ictimai hazırlığı (ixtisas hazırlığı) üzrə məşğələlərin, məşqlərin və nümnəvi köstərici məşğələlərin, bölüyün baş cavuşları ilə, taqım və böluk komandirləri ilə metodiki təlim-təlim kecirilməsi istqamətində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmış, məşğələlərin və metodiki təlim toplanışlarının keçrilməsi zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasını vaxtında təmin etmişdir.
Ehtiyyatda olan polkovnik-leytenant Zöhrab Səfərov Xidməti vəzifələrinin icrası zamanı xüsusi fəriqləndiyinə görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin xidmət etdiyi hərbi hissənin komandirinin, işlədiyi Cəzaçəkmə müəsəsinin rəisinin müvafiq əmrləri ilə bir sıra medallarla, “Əla xidmətlərə görə” döş və yubley nisanları ilə, Fəxri fərmanlarla, pul mükafatları ilə və qiymətli hədiyyələrlə mukaflandırlıb və ona təşəkkür elan edilib.
AD GÜNÜN MÜBARƏK OLSUN, ZÖHRAB BƏY!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!
ÖMRÜN UZUN OLSUN — 100 YAŞA!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev


