Kərim Vəliyev: Ordumuz Türkiyə modelinə uyğunlaşdırılır

Hazırda Azərbaycan Ordusunun müasir ordu modelinə, xüsusilə Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır.

Bunu müdafiə nazirinin birinci müavini — Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin 30 Avqust — Zəfər Bayramına həsr olunan tədbirdə çıxış edərkən söyləyib.

«Ölkələrimiz arasındakı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Bu birlikdə regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verir», — Baş Qərargah rəisi vurğulayıb.

Bu xəbəri paylaşın: