Zaporojye vilayətinin işğalçı administrasiyasının qondarma “rəhbəri” Yevgeni Balitski Ukrayna Silahlı Qüvvələrinin ölkənin cənubunda əks-hücum əməliyyatı keçirməsi fonunda Krıma qaçıb.
Bu barədə Y.Balitski Teleqram kanalında yaydığı videomüraciətində bildirib.
“Ailə vəziyyətimə görə mən bir müddət Zaporojye vilayətinin hərbi-mülki administrasiyasına Krım ərazisindən rəhbərlik etməyə məcbur olacağam”, — Y.Balitski qeyd edib.



İşğal altındakı Xerson vilayətinə Rusiya tərəfindən təyin edilən “administrasiya rəhbərinin müavini” Kirill Stremousov yerli məmurlara qarşı sui-qəsdlərdən sonra bölgəni tərk edib.
Bu barədə “BBC Rus Xidməti”nə istinadən yazır.
Məlumata görə, Stremousov avqustun 30-dan Voronejdədir və burada İnqilab prospekti, 38 ünvanında yerləşən beşulduzlu “Mariott” otelində yaşayır.
Qeyd edək ki, Stremousovun video açıqlamalarından sonra onun yeri arxa plan görüntürlərinə əsasən müəyyən olunub. Jurnalistlər bu oteldən çəkilmiş fotoları “Google Street View” xidmətindəki şəkillərlə müqayisə ediblər.
Avqustun 30-da Xersonda rusiyayönlü hakimiyyətin nümayəndəsinin həyatına sui-qəsd cəhdi edilib. Belə ki, yol polisi əməkdaşı və ailəsi içəridə olarkən avtomobildə partlayıcı qurğu işə düşüb.
Bir gün əvvəl keçmiş xalq deputatı Aleksey Kovalev evdə silahla öldürülüb.
Avqustun 23-də Xerson vilayətinin “daxili siyasət şöbəsinin rəis müavini” İqor Teleginin həyatına qəsd edilib. Hücum üçün əldəqayırma bomba istifadə edilib, şəxs xəsarət almayıb.
Avqustun 6-da mənzil-kommunal təsərrüfatı sektoruna rəhbərlik edən Vitali Qura aldığı güllə yaralarından dünyasını dəyişib.
Bir gün əvvəl xəstəxananın rəhbəri Vladimir Saldo xəstəxanaya yerləşdirilib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi onun kimyəvi maddədən zəhərləndiyini bildirib.
İyunun ortalarından iyulun ortalarına kimi Xerson vilayətində daha dörd sui-qəsd cəhdi baş verib.