Lənkəranda şəhidin xatirəsinə həsr olunmuş turnir keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyevin verdiyi məlumata görə, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının müavini Mikayıl Cəfərzadə, Qafqaz Müsəlmanlar İdarəsinin Cənub Bölgəsi Üzrə Səlahiyyətli Nümayəndəsi Hacı Qəni Axundzadə, Qazilərimiz, Veteranlarımız ilə birlikdə Lənkəran şəhər İdman Kompleksində Vətən Müharibəsi şəhidi Emin Qurbanovun xatirəsinə həsr olunmuş Güc İdman Növləri üzrə Turnirdə iştirak ediblər.

Tədbirdə 44 Günlük Vətən müharibəsində qazandığımız Qələbədə şəhidimizin iştirakçısı olduğu döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlıqlarından söz açılıb. Şəhidimizin ailəsinin üzvü Vüsalə bacımız və Emilya qızımıza Allahdan səbr dilədik. Həmçinin şəhidimizin valideynlərinə şəfa dilədik. Şəhidlərin ruhu qarşısında baş əydik. Allahdan rəhmət dilədik!

Şəhidlər Ölməz, Əbədi Yaşarlar!

Bu xəbəri paylaşın: