TƏBRİK: MAYOR ƏHMƏD ƏHMƏDOV  — 56

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) ehtiyatda olan  Mayor Əhmədov Əhməd Paşa oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir. Həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin!

     Əhmədov Əhməd Paşa oğlu 1 sentyabr 1966-cə ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində  anadan olub.

     O,1974 -cü ildə Naxçıvan Muxtar Muxtar Respublikasının Naxçıvan şəhərində 6 nömrəli məktəbin birinci sinfinə getmiş, 1984 — cü ildə həmin məktəbi bitirdikdən sonra 1984 — cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş 1991- ci ildə həmin İnstitutu bitrib.

     Ehtiyyatda olan mayor Əhməd Əhmədov 1984 — 1986 -ci illərdə  SSRİ Müdafiə Nazirliyinin   Svastopol şəhərində yerləşən hərbi hissəsində müdddətli həqqi hərbi xidmətdə olub.

      Mayor Əhmədov Əhməd Paşa oğlu   1991-  2017 — ci illərdə  Naxçıvan şəhər Tıcarət idarəsində mühasib,  Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında isə taqım komandiri və xidmət rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa xidmət  edib    Ehtiyyatda olan mayor Əhməd Əhmədov Peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün  27 illk şərəfli xidməti yolununin dörd ilini   Naxçıvan şəhər Ticarət İdarəsində,  iyrimi üc ilini isə hərbı xidmətdə keçirərək,  Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir.

     Əhmədov Əhməd Paşa oğlu oğlu Daxili Qoşunların Baş İdarəsinin Naxçıvan şəhərində yerləşən əlahiddə hərbi hissəsində xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə  bütun şəxsi heyət ücün nümnə olmuşdur.

     O, Daxili Qoşunlara və xidmət etdiyi hərbi hissəyə həvala edilmis vəzifələrin yerinə yetirilməsində, ictimai təhlükəsizliyin təmin edilməsində və qorunmasında iştirakı zamanı üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

       Mayor Əhməd Paşa oğlu  Əhmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Xidmədə  fəriqləndiyinə görə o, Daxili İşlər Nazirinin müvafiq əmrləri  Azərbaycan Respublikasının Prezidenti adından qüsursuz xidmətlərə görə  1, 2 və 3-cü dərəcəli və digər yubiley   medallarla ilə təltif olunub.

     O, Xidməti  vəzifələrin yerinə yetirilməsi zamanı xüsusi fəriqləndiyinə görə  Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin və xidmət etdiyi hərbi hissənin komandirinin müvafıq əmrləri ilə  əla xidmətlərə görə döş və yubley nisanları ilə, fəxri fərmanlarla, pul mükafatları ilə qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏHMƏD BƏY!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA

ÖMRÜN UZUN OLSUN 100 YAŞA. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: