Yardımlıda iki şəhidin doğum günü qeyd edilib

Yardımlı şəhərində 2 şəhidimizin, Vətən yolunda canından keçən iki şəhid igidimizin Mövlud günü qeyd edilib.

Səhər saatlarında rayonun Ünəç kəndində şəhid Səfərov Saleh Rzaaxan oğlunun qəbri ziyarət edildi.

Bir şeyi çox təəssüflə, ürək ağrısı ilə qeyd edim ki, həmin ziyarətdə şəhid valideynlərindən başqa rayondan, heç bir idarə, heç bir ictimai təşkilat nümayəndəsi iştirak etmirdi.

Mən diqqətinizi biraz bu məqama çəkmək istərdim.Çünki şəhidlər arasında ayrıseçkiliyin edildiyini hiss etdim. Biraz maddi vəziyyəti aşağı olan şəhidlərimizin ziyarətinə heç kim getmir. Millət olaraq, xalq olaraq birlik göstərməli, şəhidlər arasında ayrı-seçkiliyin edilməsinə izn verməməliyik.

Daha sonra tədbir rayonun Zevin kəndində şəhid Rufullayev Rasim Yadigar oğlunun ata evində davam etdi, ehsan verildi.

Sonra şəhidin qəbri ziyarət edildi. Qəbir üstə dualar oxundu, çıxışlar oldu.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Hörmətlə,

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev

Bu xəbəri paylaşın: