TƏBRİK: Kapitan Nazir Əliyev — 64

İnsan üçün ən yaddaqalan tarixlərdən  biri onun dögum günüdür. Belə insanlardan biridə  peşəkarlığı, humanistliyi və səmimiyyəti ilə secilən müharibə veteranı  istefada-olan kapitan Əliyev Nazir Çümşüd oğludur. Sentyabr ayının  2-də onun  64 yaşı tamam olur.

Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan istefada- olan  kapitan  Əliyev Nazir Çümşüd oğlunu doğum günü münasibətilə «Azərbaycan Vətən Müharibəsi Veteranları » İctimai Birliyinin (Avmvib) rəhbərliyi,»Azərbaycan Vətən Müharibəsi Veteranları » İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can  sağlığı və uzun ömur arzulayir. Nazir Əliyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə  onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Kapitan Əliyev Nazir Çümşüd oğlu  1958 — ci ilin  sentyabr ayının  2 də Azərbaycan respublikasının Ağdam rayonunun  Xındırıstan kəndində zəhmətkeş ailədə  anadan olub.

1973 — cü ildə,  Ağdam rayonunun Xındırıstan kənd orta məktəbin 8 (səkkizinci) sinfini, 1975 -ci ildə  Bakı şəhərində Yüngül Sənaye Texnikumunu , 2002 — ci ildə isə Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Daxili Qoşunların Xəzər rayonunda yerləşən ali hərbi məktəbdə zabitlərin təhkimləşdirmə  kursunu  bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki- təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

1976- 1978 — ci illərdə  Sovet Ordusunun Almaniyada yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə  olub. 1978- 1991-ci illərdə Azərbaycan Respublikası  Balıqçılıq Sənayi   idarəsində operator- matros, Yevlax şəhər Təmir Tikinti İdarəsində  iş icracısı işləyib.

1990-ci ildə   Ağdam rayonunda  yaradılan özünü müdafiə taborunda (dəstəsində) 1991 — ci ilin dekabr ayının sona kimi taqım komandiri vəzifəsində olub.

1992- 2003 — cü illərdə   Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin  Gəncə şəhərində,  Ağdam, Füzuli və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrdə taqım komandiri, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini,  böluk komandiri Vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

Hərbi yoldaşları onu  vətənpərvər, qoruxmaz, saxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost — tanış , qohum — əqraba  arasında özünə böyük hörmət qazanıb.

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın,  Hərbi və Daxili Qoşunların Döyüş Xidməti Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

 Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında  , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Nazir Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda  (Ağdam,  Ağdərə, Füzuli və Cəbrayıl rayonları istiqamətində ) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pulla, əlacı döş  və yubiley nişanları ilə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

«Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley  medalı ilə;

» Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə  10təqvim ili xidmətə görə,

Azərbaycan Vətən Müharibəsi Veteranı” medalı ilə.

“Qarabağ uğurunda” – medalı ilə.

 “Böyük Zəfər” -medalı ilə. 

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NAZİR BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN CİN OLSUN!

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: