Bu gün bəyanat yayan Paşinyan sepatatçıların hərəkətlərə bəraət qazandıraraq, həmin qərarı «Arsax ermənilərinin təhlükəsizliyinin və hüquqlarının müdafiəsinin zəmanəti» adlandırıb.
O iddia edib ki, «arsax» ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri və müvafiq olaraq «dağlıq Qarabağın» «statusu» məsələsi həll olunmadan probleminin həlli haqqında heç bir bəyanat əhəmiyyət kəsb etmir.
«Bu məsələnin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri beynəlxalq ictimaiyyət tərəfindən təsdiq edilmiş və ləğv edilməmiş mandata malikdir», deyə Paşinyan sözünə davam edib.
O, beynəlxalq ictimaiyyəti «dağlıq Qarabağda etnik təmizləmələrə» imkan verməməyə çağırıb və «dinc, sivil yollarla» Qarabağ əhalisinin təhlükəsizliyini təmin etməyi vəd edib.
Öz növbəsində, Qarabağ separatçılarının lideri Araik Arutyunyan öz bəyanatında 2 sentyabr 1991-ci ili «tarixi gün» adlandırıb.
«31 il sonra Arsax xalqı əminliklə və qətiyyətlə bildirir ki, zamanın bütün sınaqlarına baxmayaraq, o, öz qərarına, seçdiyi dönməz yola sadiqdir. Arsax möhkəm dayanmalı, ermənilərə məxsus olaraq qalmalı və öz müstəqillik yolunu davam etdirməlidir», deyə o bildirib.
Bu bəyanatlar mahiyyətcə bir gün əvvəl Brüsseldə aparılan Əliyev-Paşinyan danışıqlarının məznununa ziddir.
