Zelenski də Kadırov da Severskdə irəlilədiklərini deyirlər

Ukrayna ordusu bu gün Donetsk vilayəti və cənub istiqamətində 3 yaşayış məntəqəsini azad edib.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib.

“Donetsk vilayətində böyük irəliləyiş edərək yaşayış məntəqəsini azad edən 103-cü ərazi müdafiəsi briqadasının 63-cü taboruna təşəkkür edirəm. 54-cü briqada da Lisiçansk-Seversk istiqamətində irəli gedərək mühüm yüksəkliyi ələ keçiriblər”, — Zelenski bildirib.

Onun sözlərinə görə, 42-ci əlahiddə motoatıcı tabor cənub istiqamətində iki yaşayış məntəqəsini azad edib.

Ukrayna hərbçiləri Xerson vilayətinin Vısokopolye şəhər tipli qəsəbəni azad edib.

Prezident Aparatı rəhbərinin müavini Kiril Timoşenko Facebook-da binanın damında Ukrayna bayrağının quraşdırılmasının fotosunu yayıb.

O, belə bir yazı əlavə edib: «Vısokopolie. Xerson vilayəti. Ukrayna. Bu gün».

Çeçenistan rəhbəri Ramzan Kadırov isə bildrib ki, “Əhməd” xüsusi təyinatlı dəstəsi və “luqansk xalq respublikası”nın ikinci korpusu Donetsk ərazisində genişmiqyaslı hücuma keçib.

«Döyüşçülərimiz Soledar, Yakovlevka, Seversk istiqamətində fəal şəkildə irəliləyirlər. Bütün sirləri açıqlamayacağam, amma hazırladığımız plan sayəsində düşmən bütün mövqelərini ortaya qoydu”, — Kadırov bildirib.

Qondarma «DNR» isə bir neçə metr irəlilədiklərini əks etdirən qurama kadrlar göstərib və 3 ukraynalı əsgəri əsir götürdüklərini yayınlayıb.

Bu xəbəri paylaşın: