ERMƏNİLƏR İNDİ DƏ TƏBRİZ AZƏRBAYCANLILARINI DİLƏ TUTURLAR

Erməni mətbuatında Azərbaycanlılar haqqında yenə təxribat xarakterli yazılar gedir. Bunlardan biri də bu gün yayımlanan «Mamul.am» saytında Təbriz universiteti rəhbərliyini İrəvana dəvət edərək onlarla «əməkdaşlıq» etmək üçün müqavilə imzalamaları prosesidir. Qeyd edək ki, bu hadisə heç də əksər ermənilər tərəfindər razılıqla qarşılanmayıb.

Məqalənin başlığı belədir:

-«AZƏRBAYCANLILAR ARTIQ İrəvan Dövlət Universitetindədir.» Müəllif — «Vətəndaş Hüquqlarının Müdafiəsi» QHT -nin prezidenti Karen Hekimyandır.

O, yazır :

— «Çoxdandır ki, Yerevan Dövlət Universitetinin (Bundan sonra YDU) adını da çəkmirdim. Birdən qərar verdim ki, daxil olum YDU-nun səhifəsinə və nə görsəm yaxşıdır…

Deməli, İDU-nun hazırkı rektoru H. H. ilə Təbriz Universitetinin rəhbəri Səfər Nəsrullah Zadə görüşüblər. Onlar nəinki görüşüblər, həm də hərtərəfli əməkdaşlıq etmık üçün müqavilə də bağlayıblar. Xatırladım ki, Təbriz şərqi Azərbaycanın mərkəzidir və Təbriz Universitetinin əsası 1947-ci ildə qoyulub. 1979-cu ilə qədər Təbriz Azərbaycan Universiteti adlandırılıb. Səfər Nəsrullah Zadə isə etnik azərbaycanlıdır. Mən demirəm kİ, Təbriz Unuversiteti və onun etnik azərbaycanlı rektor pisdirlər. Mən yalnız faktları təqdim etdim».

Mənə elə gəlir ki, Təbriz və İrəvan Universitetlərinin əməkdaşlıq haqqında müqavilə bağlamaları ilə ermənilər Təbriz azərbaycanlılarını «dilə tutmaq» istəyirlər. Bu olanları izah edən erməni Karen isə bütün erməniləri ehtiyatlandırır. Erməni dğasının bu açıqlamaları etməklə nə demək istədiyi barədə DOSTLARIN da fikirləri və rəyləri maraqlı olardı.

ŞƏKİLDƏ: Təbriz Universitetinin rəhbər nümayəndələri ilə YDU-nin nümayəndələri bir arada.

İSMAYIL TANRIVERDİ

BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin Direktoru

Bu xəbəri paylaşın: