Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Alpout kəndində qeydə alınıb.
1965-ci il təvəllüdlü Nazir Məmmədhəsən oğlu Həsənov intihar etmək məqsədi ilə özünü yandırıb. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, N. Həsənovun vəziyyəti kəskin ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda intihara cəhd edən Nazir Həsənovun 1-ci Qarabağ müharibəsi qazisi olduğu bildirilir. Paylaşılan məlumatlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazir Həsənova təyin olunan pensiya kəslidiyi üçün etiraz əlaməti olaraq özünü yaşadığı evdə yandırıb.
Xəstə aartıq Bakıya gətirilib və bədəninin 90 faiz yandığı deyilir. Qohumları bu işdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini günahlandırırlar.
Aldığımız son məlumata görə, sentyabrın 4-də Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində ölməsi faktı ilə bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.
Qazi özünəqəsdlərinə «DUR!» deyən tapılacaqmı?
