Türkiyənin Baş Qərargah rəisi Azərbaycanda səfərdədir

Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler Azərbaycanda səfərdədir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, işgüzar səfər çərçivəsində ordu generalı Y.Gülerin Bakı Ekspo Mərkəzində keçirilən «ADEX 2022» dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisini ziyarət etməsi və bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Bu xəbəri paylaşın: