Liz Trassa etiraz olaraq Daxili işlər naziri istefa verdi

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel Liz Trassın başçılıq etdiyi yeni hökumətin qurulması ərəfəsində istefa verdiyini açıqlayıb.

Patel istefa verən Baş nazir Boris Consona yazdığı məktubda bildirib: «Liz Trassı yeni liderimiz seçilməyiniz münasibətilə təbrik edirəm və onu baş nazir rolunda dəstəkləyəcəyəm. Liz rəsmi olaraq vəzifəsinin icrasına başladıqdan və yeni daxili işlər naziri təyin etdikdən sonra mən ölkəmə və Uitem dairəsinə deputat kimi xidmətə davam edəcəyəm”.

Qeyd edək ki, DİN rəhbəri Liz Trassın başçılıq etdiyi yeni hökumətin qurulmasında iştirak etmək istəmədiyi üçün vəzifəsini tərk edib.

Bu xəbəri paylaşın: