Daxilı işlər Nazirliyinin Daxili qoşunlarında öz -dəst xətt olan , peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, sadəliyi və səmimiyyəti, dəqiqliyi və təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə seçilən ehtiyatda olan mayor Mirhəsən Seyidovun sentyabr ayının 6-da 50 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan mayor Mirhəsən Seyidovun 50-yaşının tamam olması münasibətilə «Azərbaycan Vətən Müharibəsi Veteranları » İctimai Birliyinin (AVMVİB) rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və uzun ömur arzulayir.
Mirhəsən Seyidovun yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Ehtiyatda olan kapitan Seyidov Mirhəsən Mirhəsən oğlu 1972 — ci ildə Gəncə şəhərində zəhmətkeş ailədə anadan olub.



Çəncə şəhər 1 nömrəli orta məktəbi, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda, Müdafiə Nazirliyinin isə Qaraheybətdə yerləşən Zabitlərin təhkimləşdirmə kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib .
1994- 2006- cı illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Füzuli, Zaqatala, Hacıqabul rayonlarında, Gəncə şəhərində yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri, tabor komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib. 2006 — cı ildə Mirhəsən Hərbi Xidmətkeçmə haqqında əsasnamə müvafiq bəndinə əsasən «xəstəliyə görə» Daxili İşlər Nazirliyi Daxili Qoşunlarından Silahlı Qüvvələrindən ehtiyata buraxlıb.

2007- 2016 -ci illərdə Azərbaycan Ordusunun Gəncə şəhərində yerləşən hərbi hospitalında Baş təsərrüfat bölməsının rəsi, 2017 -ci ildən isə Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən Mənzil kommunal təsərrüfatı İdarəsində 2 saylı sahənin rəisi vəzifəsində çalışır.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş Xidməti Nizamnamələrinin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında,ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, fövqalədə vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pulla, əlacı döş və yubiley nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
— «10 il Qüsursuz xidmətə görə » 3 dərəcəli medal ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MİRHƏSƏN BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev


