Xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edib ki, total hibrid müharibəsi, bütün sahələrdə həyata keçirilir.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya total hibrid müharibəsi elan edib və bu müharibə bütün sahələrdə aparılır. “International Affairs” jurnalına müsahibəsində o qeyd edib ki, indiki dövrün ağırlığını qiymətləndirməmək olmaz.
“Biz həqiqətən total müharibə elan etdik. Hibrid formalarda, bütün sahələrdə aparılır. Rəqiblərimizin, düşmənlərimizin qəzəbinin dərəcəsi çox böyükdür, qeyri-adidir”, — Ryabkov bildirib.
Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Teleqram kanalında Almaniya kansleri Olaf Şolsun Rusiyanın etibarlı enerji tədarükçüsü olmadığı barədə sözlərini şərh edib.
Medvedevin sözlərinə görə, Almaniya Rusiya Federasiyası üçün nəinki anti-Rusiya sanksiyaları tətbiq edən, həm də Ukraynanı öldürücü silahlarla təchiz edən, “başqa sözlə, Rusiyaya hibrid müharibəsi elan edən” ölkədir.
Avqustun 19-da Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Qərb indi hibrid müharibə və Moskva ilə açıq münaqişə arasında balans saxlayır. Eyni zamanda, Rusiya Federasiyasının Ukraynadakı xüsusi əməliyyatı yalnız “görünməmiş qlobal anti-Rusiya kampaniyasını” aradan qaldırmaq üçün bəhanə kimi istifadə olunur.
Patruşev daha əvvəl Ukraynadakı xüsusi əməliyyatın məqsədlərini sadalamışdı. O, izah edib ki, Rusiya insanları soyqırımdan qorumaq, Ukraynanı demilitarizasiya və denazifikasiya etmək, əslində onun neytral statusuna nail olmaq istəyir.
