TƏBRİK: CABBAROV CABBAR MEHMAN OĞLU — 51

İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Bu gün ad günü olan insanlardan biri də peşəkarlığı, hümanistliyi, səmimiyyəti, vətənpərvərliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə secilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşoron rayon şöbəsinin sədri  Cabbarov Cabbar  Mehman oğludur.

Sentyabr ayının  13-də Cabbar Cabbarovun  51 yaşı tamam olur.

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Hərbi Andın, Hərbi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Nizamnaməsinin  yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.

Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Abşoron rayon şöbəsinin sədri Cabbarov Cabbar Mehman oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Fədai.az kollektivi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.Cabbarın yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə  onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Hərbi və ictimai vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə Fəxri fərmanlarla, Qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib  və aşağıdakı medalarla təltif edilib.

-Azərbaycan vətən müharibəsi veteranları ictimai birliyinin   yaranmasının »   (  1994 — 2019) 25 illiyi yubiley medalı ilə;

-» Müharibə Veteranı» medalı ilə;

 -» Silahlı Qüvvələrin yaranmasının » ( 1918 — 2018) 100 illiyi medalı ilə;

 -» Böyük Zəfər medali ilə «

 BÜTÜN ARZULARIN CİN OLSUN!

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, CABBAR BƏY!

 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: