Şəhidin var, Vətən: 10 milyon ürək yandı

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi Vətənimiz uğrunda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir və başın sağ olsun, Vətən deyirik!

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik.

Şəhidlərimizin qanı yerdə qalmadı.

Bu Vətən sizə minnətdardır!

Bu xəbəri paylaşın: