Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir
Bu barədə rusiyalı hərbi jurnalist Semyon Peqov öz rəsmi teleqram kanalında bildirib:
“Mənbələrimizin məlumatına görə, Vardenisdə vəziyyət çox ciddidir. Silahlı qarşıdurma zamanı 100-ə yaxın erməni hərbçi ölüb. Hərbçi qruplarla əlaqə itib. İlkin məlumata görə, azərbaycanlı hərbçilər orada bir neçə erməni postuna nəzarəti ələ keçirib”.
Gundem.az xəbər verir ki, Ermənistanın xeyli sayda hərbi texnikası, milyard dollardan artıq dəyəri olan iki S-300 raket kompleksi, 200 nəfərə yaxın canlı qüvvəsi, çox sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistan hərbçiləri arasında yüzlərlə yaralı var. Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan qat-qat çoxdur.
Azərbaycan Ordusu Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi. Son zamanlar Ermənistan ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşırdı. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu məhz Ermənistanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyat bu gerçəkləşdirməklə bütün bu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.
