Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev son günlər Ermənistan silahlı qüvvələrinin törətdikləri diversiya haqqında danışıb.
Füzuli Rzaquliyev, döyüş əməliyyatları zamanı şəhid olanlara Allahdan rəhmət, şəhid yaxınlarına səbr və yaralı döyüşçülərimizə isə şəfalar diləyib.
O bildirib ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Dəfələrlə bildirmişik və bir daha təkrar edirik ki, erməni ən xain, ən riyakar, yalançı və hər cür iyrənc əməllərə gedən bir toplumdur. Necə deyərlər, «itlə dostluq elə, ağacını əldən qoyma». Baş verən hadisəyə münasibət bildirən ABŞ və Fransanın ənənəvi birtərəfli münasibəti, özü də riyakar münasibətini bir daha gördük. Faktiki olaraq bu münasibət bir daha göstərdi ki, bu dövlətləri Qafqaza buraxmaq olmaz. Eləcə də bu problemin yaradıcısı və memarı olan Rusiyanın da rolunun bənzər şəkildə olmasını bilirik və görməkdəyik. Ermənilərin «müsəlman» qardaşı olan İran mollalarının tövrü ortadadır. Amma bu dövlətlər unutmamalıdırlar ki, onların əlaltılığını edən Ermənistanın Qafqazda perespektivi yoxdur. Biz bir dövlət olaraq, bundan sonra da öz fəaliyyətimizi, həm hərbi, həm də siyasi-iqtisadi sahədə bu istiqamətdə qurmalıyıq.
50 şəhidimiz, arxalarında 10 milyon yaralı ürək buraxdı. Amma bu gün Azərbaycan jurnalistikası bəlkə də məqsədli və sifarişli bir şəkildə şəhidlərimizin II Fəxri xiyabanda dəfn olunduğunu yazmaqdadırlar. Amma şəhidlərimiz II Şəhidlər Xiyabanında dəfn olunublar. Bunlar şəhidliyin ən yüksək məqam olduğunu deyirlərsə, bu yüksək məqamlı döyüşçülərin dəfn edildiyi müqəddəs məkan Şəhidlər Xiyabanı, Şəhidlik adlanır. Bu, bəlkə də çoxlarınıza bu məsələ adi görünə bilər.
Simonyanın «Sputnik»indən alınma üslubdu. Şəhid adını Allah yanında ən uca məqam olduğunu bilənlər belə bir yanlışa, sizcə qanmamazlıqdanmı yol verirlər? Dilləri «Şəhid» deməyə varmır. Demirəm ki, Fəxri xiyaban adı pisdir. Amma Şəhidlər Xiyabanı adından çox-çox aşağı bir məqamdır və bu adı işlədənlər hesab edirəm ki, şəhidlərimizi təhqir edirlər. Bununla bağlı bizim saytlarda dəfələrlə yazılıb. Açın bütün saytları. Həqiqəti öz gözlərinizlə görəcəksiniz.
F. Rzaquliyev qeyd etdi ki, bizim ölkə düşmən Rusiya, Ermənistan və İran kimi ölkələrlə əhatələnib. Ona görə də bizim parçalanmağa haqqımız yoxdur. Əlimizdə qalan torpaqlarımız uğrunda mübarizədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik. Vətən hər şeydən ucada dayanır. Vətən olmasa sizin siyasətçiliyiniz kimə lazımdır?
Daxilimizdəki kolon nökərlərindən və erməniyə maşalıq edən qüvvələrin təmizlənməsinə start verilməlidir. Bu gün gözlərimiz önündə müharibənin dəhşətlərini görürük. Oğlunun şəhadətinə ürəyi dözməyən ata, 20 gün öncə toyu olmuş gəncimiz, ata anası Vətən olan şəhidimiz üçün ürəklərimiz ağlayır. Bu gənclərin arzuları vardı. Onlar tarixlərə örnək bir yol keçdilər. Onlar bu Vətən var olduqca hər kəsə örnək olacaq bir dərs verdilər. Onları necə unutmaq olar? Onların haqqına girənlərin qanı və kimliyi şübhəlidir. Döyüşlər bitməyib. Dəfələrlə demişəm və bir də deyirəm ki, döyüşlər bir gün bitər, amma bu savaş bitməz!
AVMVİB sədri qeyd etdi ki, Ermənistanın və Rusiyanın məkrli planlarına qarşı ayaqda olmağa borcluyuq. Hər bir şəhidimizin qanında bu mənfur düşmənin adı var. Bunları unutmamalıyıq və unuda bilmərik!
Allah o Cənnət güllərimizin məqamını uca eləsin!
Elnur Səlim
