Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutur.
Bu gün səhər düşmən tərəf itirdiyi mövqeləri geri qaytarmaq üçün hücuma keçib.
Bu barədə «Caliber» məlumat yayıb.
Bildirilir ki, sentyabrın 14-də səhər saatlarında Ermənistan Laçın və Kəlbəcər istiqamətlərində mövqelərimizi artilleriya atəşinə məruz qoyub.
Mənbələrin məlumatına görə, düşmən də itirdiyi mövqeləri geri qaytarmağa cəhd edib. Lakin bölmələrimiz tərəfindən hücumun qarşısı qətiyyətlə alınıb. Nəticədə düşmən ciddi itkilər verərək (30-a qədər) geri çəkilib.
