Azərbaycan hərbçilərinin əsir düşmüş yaralı erməniyə ilkin yardım göstərməsini əks etdirən daha bir video yayılıb.
Bildirək ki, 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri sərhəddə Azərbaycan Ordusuna qarşı təxribat törədib. Nəticədə Azərbaycan Ordusu şəhid verib və hərbi infrastruktura ziyan dəyib. Buna cavab olaraq Ordumuz Ermənistanın sərhəddəki legitim hərbi hədəflərini darmadağın edib, yüzlərlə erməni əsgər məhv edilib.
