Şəhidlik zirvəsinə ucalan Ağdaş rayonu Abad kənd sakini Xaqani Daşqın oğlu Qurbanovla vida mərasimi keçirilib. Şəhidin atası Daşqın Qurbanov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin üzvüdür.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev məlumat verib.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan hərbçilərimiz arasında Xaqani Daşqın oğlu Qurbanov da var.
Şəhidimizlə vida mərasimi keçirilib.
Dəfn mərasimində Ağdaş rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmləri, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, ictimayyət nümayəndələri, müharibə veteranları və şəhidin yaxınları iştirak ediblər.
AVMVİB Rəhbərliyi və AVMVİB Ağdaş rayon şöbəsi rəhbərliyi AVMVİB üzvü Daşqın Qurbanova övladının şəhid olması xəbərindən kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər. Kədərin kədərimizdir.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
Elnur Səlim
