AVROPADA «AZƏRBAYCANIN DOSTLARI» CƏMİYYƏTİNİN BƏYANATI

Avropada «Azərbaycanın Dostları» Cəmiyyəti bəyanat verib.

Bəyanatda deyilir:

Biz, Avropada «Azərbaycanın Dostları» Cəmiyyəti 1995-ci ildən fəaliyyət göstərir və daim Azərbaycanla Avropa ölkələri arasında səmimi dostluq və qardaşlıq yolunda çalışmışıq.

Bu illər ərzində sülhpərvər və tərəqqipərvər Avropa ölkələrinin və xalqlarının bizim tarixi vətənimiz Azərbaycana və azərbaycanlılara qarşı olan səmimiyyətini görmüşük.

Azərbaycan multikultural dəyərlərə söykənən, əsrlər boyu birlikdə yaşayan çoxsaylı millətlərin özünəməxsus adət-ənənələrinə hörmətlə yanaşmışdır. Dinindən, irqindən asılı olmayaraq dinlərarası qardaşlıq körpülərinin salındığı tolerant bir ölkədir.

Ancaq təəssüflə qeyd edirik ki, bəzi ölkələrin siyasi, dövlət və ictimai xadimləri Azərbaycan Respublikasına qarşı qərəzli mövqe tuturlar. Bu barədə az sonra…

Hazirda dünyada yaşayan bütün azərbaycanlılar üçün ən çətin və həyəcanlı günlərdir. 1 milyondan çox qaçqını olan və ölkənin 20 faizindən çox yaşayış məntəqələri erməni vandalları tərəfindən xarabazarlığa çevrilən Azərbaycana çox ciddi təhdidlər olur.


Burada haqq-ədalət prinsipi kobud surətdə pozulur. Nəyə görə Avropanın nüfuzlu təşkilatları, insan haqlarını müdafiə edən institutlar bu cinayətlərə göz yumdu? Bu cür çirkin siyasi mövqe kimə lazımdır?

Ermənistanın hərbi-siyasi hakimiyyəti Azərbaycanda misli görünməmiş cinayətlər törədir, lakin başda Fransa olmaqla bir çox ölkələr, məhz Azərbaycan hakimiyyətini nüfuzdan salmaq üçün sərt bəyanatlar verməklə, daha geniş miqyasda cinayət törətmək üçün erməni daşnaklarına yeni imkanlar yaradırlar.

Ürək ağrısı ilə bütün tərəqqipərvər dünya ölkələrinə bəyan edirik ki, bu ilin sentyabrın 13-də, gecə yarısı Ermənistan Respublikasının ordusu Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq xaincəsinə hücuma keçərək, yüzə yaxın hərbçi və dinc əhalini qətlə yetirmişlər.

Bu cinayəti əksər dünya dövlətləri səssiz və səmirsiz seyr edir, lakin Azərbaycan Ordusu adekvat cavab verən zaman dərhal Fransa, Rusiya, Amerika Birləşmiş Ştatları və digər ölkələr rəsmi şəkildə etiraz səslərini ucaldırlar.

Çox qəribədir, uzun müddət biri-birinə düşmən münasibət bəsləyən Rusiya, Fransa, ABŞ hakimiyyətləri, Azərbaycan, Türkiyə və eləcə də bütün Türk dünyasına qarşı düşmənçilik mövqeyində birləşməyə imkan tapırlar…

30 il Ermənistan və Rusiya hərbi birləşmələri tərəfindən işğal edilən Azərbaycan Respublikasının yerlə-yeksan etdikləri şəhər və kəndləri, BMT- nin dörd qətnaməsi olduğu halda, adını çəkdiyimiz dövlətlər özlərini karlığa və korluğa vurmuslar.

Qərbin yanaşmasından belə çıxır ki, Ermənistana başqa dövlətin ərazisini işğal etmək olar, Azərbaycana isə torpaqlarını işğaldan azad etmək olmaz?

Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocalıda qədim tarixi olan çoxsaylı kurqanlar, məzarlıqlar və müqəddəs yerlər vəhşicəsinə dağıdılıb, məzarlar, türbələr, məscidlər və xanəgahlar üzərindəki daş kitabələr sındırılaraq, dağıdılaraq məhv edilib. Orada olan 67 məsciddən 63 fundamentinə qədər sökülübdür.
Bu nə vəhşilikdir!? Ermənilər müasir sivilizasiyanın höküm sürdüyü bir məkanda yaşayırlar, yoxsa hansısa ucqar cəngəlliklərdə?

2020-ci ildə 44 gün müharibə zamanı Azərbaycan Ordusu 30 il işğalda olan oz doğma torpaqlarını azad edərək, noyabr ayında Ermənistan, Azərbaycan və Rusiya arasında atəşkəsə nail olaraq sülh müqaviləsi imzalanıb və bu müqavilə mütəmadi olaraq Ermənistan tərəfindən pozulur.

Dünyada erməni yalanlarına bizim qədər bələd olan ikinci ölkə yoxdur. Azərbaycan işğal edilmiş torpaqlarını erməni terrorçularından azad edən kimi, hamı atəşkəsin bərpasını tələb edir. Heç kəs müharibə istəməz. Halbu ki, atəşkəs çağırışlarından əlavə, Ermənistana da “Azərbaycan ərazilərindən çəkil” çağırışı olmalıdır.

Tarixin ən qara səhifələrində yer tutan barbarlıq, soyqırım, vandalizm, faşizm kimi ən iyrənc cərəyanların hamısı erməni millətçilərində kök salıbdır. Belə bir rüsvayçı əməllər, insanlığa qarşı düşmənçilik ideyası dünya sivilizasiyasına utanc gətirir.

Bu gün başda Fransa Respublikası olmaqla yanaşı, bəzi dünya dövlətləri daim qeyri-obyektiv mövqe sərgiləyirlər. Belə bir qeyri-ciddi münasibət Qafqazda yeni müharibənin başlanmasına gətirib çıxaracaq.

Biz Avropada «Azərbaycanın Dostları» Cəmiyyəti olaraq, dini və irqi ayrı-seçkilik edərək, Azərbaycanın haqlı mübarizəsinə qarşı qərəzli mövqe nümayiş etdirən başda Fransa Respublikası olmaqla, Rusiya Fedarasiyasını, Amerika Birləşmiş Ştatlarını, eləcə də digər qeyri-obyektiv mövqe nümayiş etdirən ölkələri şiddətlə qınayırıq.

Həmçinin Avropada «Azərbaycanın Dostları» Cəmiyyəti olaraq, Azərbaycan hakimiyyətindən xahiş və tələb edirik ki, daim Azərbaycana qarşı düşmən mövqe nümayiş etdirən və digər dövlətləri də ölkəmizə qarşı düşmənçiliyə sövq edən Fransa Respublikası ilə təcili, yubanmadan siyasi-iqtisadi, eləcə də diplomatik əlaqələrinə yenidın baxılsın.

Bütün Fransa şirkətləri və hazırki diplomatik nümayəndələri Azərbaycan Respublikasindan Persona Non-Grat edilsin və qısa müddətə ölkədən çıxarılsınlar.

Avropada «Azərbaycanın Dostları» Cəmiyyəti (AADC) və Xarici ölkələrdə nümayəndələri.

Elman Mustafazadə Cəmiyyətin sədri
Niderland Krallığı,

Təranə Zamanova-Musayeva AADC-nin
Amerika Birləşmiş Ştatlar nümayəndəsi

Səfər Sadiqi AADC-nin 
Danimarka Krallığı nümayəndəsi

Emin Səlimov AADC-nin
Almaniya Respublikası nümayəndəsi 

Maya Qurbanova AADC-nin 
Gürcüstan Respublikası nümayəndəsi

Mirzə Ceyhun AADC-nin 
Ukrayna Respublikası nümayəndəsi

Nazim Əliyev AADC-nin
Lehistan (Polska) nümayəndəsi

Ruhəngiz Əşrəfova- Şuşalı AADC-nin 
Azərbaycan Respublikası nümayəndəsi 

Tahirə Məmmədov-Şuşalı AADC-nin 
Azərbaycan Respublikası nümayəndəsi

Xaqani Ədəboğlu AADC-nin 
Azərbaycan Respublikası nümayəndəsi

Büsat Ismayıl AADC-nin 
Rusiya Fedarasiyası nümayəndəsi

Yaqub Məmmədov AADC-nin
Niderland Krallığı nümayəndəsi

Şamil Şəkərəmli AADC-nin
Niderland Krallığı nümayəndəsi 

və toplam 100 nəfər Cəmiyyət fəalı
15 sentyabr 2022-ci il

Bu xəbəri paylaşın: