Şoyqu Ermənistan Müdafiə naziri və Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə danışıb

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri Suren Papikyan ilə telefonla danışıb. Eyni gündə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev arasında telefon danışığı baş tutub.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon söhbətində tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.

Bu xəbəri paylaşın: