Berdyanskın işğal administrasiyasının qondarma «rəhbər müavini” Oleq Boyko sentyabrın 16-da şəhərdə «referendum”un keçirilməsi üçün seçki komissiyasına rəhbərlik edən həyat yoldaşı ilə birlikdə öldürülüb.
Bu barədə «İnterfaks» Berdyanskın işğal administrasiyasına istinadən məlumat yayıb.
«Berdyansk şəhərinin hərbi-mülki administrasiyası sədrinin mənzil-kommunal təsərrüfat üzrə müavini Oleq Boyko və onun həyat yoldaşı, referendum üzrə şəhər ərazi seçki komissiyasına rəhbərlik edən Lüdmila Boyko öz qarajının yaxınlığında öldürülüb”, — bildirilib.
P.S. Deyirəm ki, nə yaxşı bizdə belə xainləri öldürmürlər. Yoxsa 5-ci kolonsuz qalardıq…
Bu xəbəri paylaşın:
