Düşmən təxribatı nəticəsində yaralanan hərbçimiz şəhidlik zirvəsinə ucalıb

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar nəticəsində yaralanan hərbçi Yusif Qurbanov şəhidlik zirvəsinə ucalıb.

O, bu gün müalicə aldığı hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, kiçik gizir Qurbanov Yusif Xüsusi Təyinatlı Qüvvələrə mənsub idi. O, həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısı olub.

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: