Daxili Qoşunlarda öz dəst xətt olan, peşəkarlığı, hümanistliyi, vətənpərvərliyi, səmimiyyəti, işgüzarlığı və mənəvi keyfiyyətilə secilən müharibə veteranı istefada olan Mayor Əlihüseyn Hüseynovun sentyabr ayında 60 yaşı tamam oldu.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Müharibə Veteranı Əlihüseyn Hüseynovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Qoy Əlihüseyn bəyin yaşının üstə gələn bu yaş, ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Müharibə veteranı, istefada olan mayor Hüseynov Əlihüseyn Mürsəl oğlu 1962-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Lerik rayonuun Züvüc kəndində zəhmətkeş ailədə anadan olub.


1979 — cu ildə Lerik rayonun Züvüc kənd orta məktəbini, 1989-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. O,Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox metodiki- təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi taktiki təlimlərdə, komando- qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
1983 – 1985-ci İllərdə Sovet Ordusunun Gürcüstan Respublikasının Axalkalaki rayonunda yerləşən hərbi hissəində müddətli həqiqi hərbi xidmətdə olub
1992- 2002 ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ağdam, Zəngilan, Füzuli, Zaqatala, Sumqayıt, Binəqədi rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində, tərbiyə bölməsində baş təlimatcı, tabor və alay komandirinin tərbiyəvi işlər üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin (Mənəvi pisxoloji hazırlığı) Şəxsi heyətlə iş şöbəsində isə baş zabit vəzifələrində Vətənə, Dövlətə, Xalqa, sədaqətlə xidmət edib.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.

Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş Xidməti Nizamnamələrinin tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə, Füzuli və Zəngilan rayonunları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib.Müharibə veteranıdır.


Hərbi vəzifələrinin icrasına məsuliyyətlə yaşadığına görə müvafiq medallarla, əla xidmətlərə görə döş və yubiley nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ƏLİHÜSEYN.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

