Hücum əməliyyatına birinci ermənilər başlayıb

2 sentyabrda Ermənistan bölmələrinin təxribat törətdiyi, ilk olaraq hücuma keçdiyi və əsgərlərimizi şəhid etdiyini əks etdirən video yayılıb.

Fedai.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat və faktı beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev yayıb.

O bildirib ki, ermənilərin “Kolorit” kanalında yaydıqları videonu diqqətlə incəyərkən, buna aydın başa düşmək olur:

“Bu video bir daha sübut edir ki, təxribatı törədən ermənilər olub. Dəqiq sübutlar isə budur:

1. Videodan məlum olur ki, bizim əsgərlərin nəşinin olduğu yer postdur. Orda 3 ədəd təkər görmək olur. Hər halda hücuma keçən insanlar yanında təkər aparmaz;

2. Həmin post erməni postu deyil, bizim postdur. Sübut: videoda yerdə “Elseave” şampunu görünür, postun içində. Hücuma keçən insan cibində “Elseave” şampunu aparır?

3. Əsgərlərimizin paltarı XTQ paltarı deyil. Biz hücuma keçəndə XTQ öndə gedir;

4. Orda yerdə külüng var. Qırmızı rəngdə. Hücuma keçən özü ilə külüng aparmır;

5. Ətrafda atışma səsləri gəlmir. Deməli, hərbi əməliyyatlar hələ başlamamışdı. Əgər bizimkilər hücuma keçib çəkilmiş olsaydılar, həmin videoda silah səsləri gəlməli idi”.

Bu xəbəri paylaşın: