Nazarbayev özünü təcrid edib və məsafəli olaraq, fəaliyyətini davam etdirir.
Hökumətin rəsmi saytına istinadən verilən xəbərə görə, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev koronavirusa yoluxub.
“Hazırda Qazaxıstanın ilk prezidenti özünü təcriddədir. Təəssüf ki, El başının (millətin lideri, Nazarbayevin rəsmi ünvanı) koronavirus infeksiyası üçün verdiyi test sınağı müsbət nəticə göstərdi. Narahatlığa səbəb yoxdur. Nursultan Nazarbayev məsafəli fəaliyyətə davam edir»-deyə yazıb.
Nursultan Nazarbayevin 79 yaşı var.
Bu gün Qazaxıstanda yeddi yüksək vəzifəli məmur koronavirusa yoluxub, bəziləri artıq sağalıb.
Nazarbayev 1990-cı ilin aprelindən bəri Qazaxıstana davamlı rəhbərlik edib. 2015-ci ildə edilən erkən seçkilərdə o, beşinci prezidentlik müddətinə yenidən seçildi. O zaman 97.75% səs toplayıb. 2019-cu ilin martında Nazarbayev dövlət başçısı vəzifəsindən istefa verdi.