Belarusiyada koronavirus xəstələri pulsuz dərman və tibbi qidalanma alacaqlar

Vətəndaşlara pulsuz dərman və tibbi qidalanma hüququ verən xəstəliklərin siyahısı təsdiq edildi. COVID-19 virusuna yoluxan insanlar pulsuz dərman və tibbi qidalanma hüququ əldə etdilər. Müvafiq sərəncam bu gün Milli Qanun İnternet Portalında yayımlanıb.

«Vətəndaşlara ambulator müalicə üçün zəruri dərmanlar siyahısına həkimlərin təyin etdiyi dərmanlarla, yanaşı tibbi qidalanma ilə təmin edən xəstəliklərin siyahısına «koronavirus COVID-19 (kod B 97.2)» əlavə edilməlidir»- deyə fərmanda bildirilib.

Bu anda xəstəliklərin siyahısında yüzə yaxın xəstəlik növü var (vərəm, şəkərli diabet, Parkinson xəstəliyi, serebral iflic, qlaukoma və s.).

Bu xəbəri paylaşın: