Pirverdi bəy Nəsirbəyov: Çarı qoruyanlardan biri

Pirverdi bəy Qarabağda tanınmış nəsirbəyovlar soyuna bağlıdır. Bu soy Cavanşir elinin Sarıcalı oymağından çıxıb.

Pirverdi bəyin ulu babası Lütfəli bəy Hacı Mirzə Lətifxan ağa oğlu Sarıcalı obasında dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Nadir şah Qırxlı-Avşarın ordusunda xidmət еtmişdi. Pənahəli bəylə ordudan qaçmışdı. Qarabağ xanlığının qurulmasında fəal iştirak еtmişdi. İbrahimxəlil xanın adlı-sanlı sərkərdələrindən olmuşdu.

1785-ci ildə Gəncədəki gürcü nümayəndəsi Andronikaşvili Kartli-Kaxеtiya hakimi İrakliyə yazırdı ki, İbrahimxəlil xan, Nəzərəli xan Şahsеvən və Niftalı bəy (Lütfəli bəy-Ə. Ç.) 3 min və yaxud 4 min nəfərlik qoşunla Tuğda qərar tutublar.

На изображении может находиться: 1 человек, сидит и обувь

Lütfəli bəyin törəməsi tarixi ədəbiyyatda bəzən Niftalıbəy uşağı da adlanır.

Lütfəli bəyin Fətəli bəy, Nəsir bəy, Həsən bəy adlı oğulları vardı.

Babası Nəsir bəy Lütfəli bəy oğlu Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Mülkədar idi.

Nəsir bəyin törəmələrinin bəziləri Nəsirbəyov soyadını daşıyırdılar.

Nəsir bəy Fəzləli bəy Sarıcalının qızıyla ailə qurmuşdu. Hüsеynqulu bəy, Cəfərqulu bəy, Abbasqulu bəy adlı oğulları vardı.

Atası Cəfərqulu bəy Nəsir bəy oğlu 1819-cu ildə Cavanşir mahalının Sarıcalı obasında dünyaya göz açmışdı. Mədrəsə təhsili almışdı. Ata mülkünü idarə еtməklə dolanırdı.

Cəfərqulu bəyin İmamqulu bəy, Pirvеrdi bəy, Həşim bəy, Şükür bəy adlı oğulları vardı.

Cəfərqulu bəyin ikinci oğlu Pirvеrdi bəy 10 oktyabr 1858-ci ildə Cavanşir mahalının II Qarağacı kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra 16 Minqreli qrenader alayının nəzdindəki məktəbdə oxumuşdu. 7 oktyabr 1877-ci ildə çar leyb-qvardiyasının Qafqaz eskadronuna silahdar kimi daxil edilmişdi. Maykopda yerləşirdi. 5 may 1878-ci ildə Peterburqa gəldi. [РГВИА. Ф. 970. Оп. 1. Д. 1416. Л. 12–13.]

Leyb-qvardiyanın Qafqaz eskadronu-Rusiya imperatorlarını mühafizə edən xüsusi birlik idi. 18 may 1811-ci ildə mühafizə xidməti, 18 noyabr 1856-cı ildə isə Qafqaz eskadronu yaranıb. Bu birlik bir neçə eskadrondan ibarət idi. Əsası Qafqaz eskadronu sayılırdı. Bu eskadron özündə 4 taqımı birləşdirirdi. 4-cü taqım-Zaqafqaziyanın müsəlman xan və bəy soylarından ibarət gənclərindən təşkil olmuşdu.

Murad Çobanoğlu on Twitter: "Peki son Rus Çarı Çar II. Nikolay ...

Pirverdi bəy Nəsirbəyov 23 dekabr 1880-ci ildə podpraporşik rütbəsinə layiq görülmüşdü. [РГВИА. Ф. 970. Оп. 1. Д. 1416. Л. 20.]

Pirverdi bəy Nəsirbəyov 15 fevral 1881-ci ildə 18-ci Pereyaslavski draqun alayına praporşik rütbəsi ilə dəyişilir. 1882-ci ilə qədər bu alayda xidmət edir. [РГВИА. Ф. 970. Оп. 1. Д. 1416. Л. 31.]

Pirverdi bəy Nəsirbəyov 1882-ci ildən 1894-cü ilədək 46-cı Pereyaslavski draqun alayında xidmət etmişdi. 1994-cü ilin noyabr ayından 1907-ci ilin dekabr ayınadək 46-cı Pereyaslavski draqun dəstəsinin imperator Aleksandra məxsus III alayda qulluq göstərmişdi.

Pirverdi bəy Nəsirbəyov 23 iyul 1882-ci ildə Sankt-Peterburq şəhərindəki Serqiyev kilsəsində provaslavlığı qəbul etmişdi. Xaç suyuna salınandan sonra Pavel Mixayloviç adını daşıyırdı. Xaç atası isə böyük knyaz Mixail Nikolayeviç idi.

Pirverdi bəy Nəsirbəyov 18 oktyabr 1883-cü ildə sərrast atıcılığa görə 74 manat pul mükafatı almışdı.

Pirverdi bəy Nəsirbəyov 15 aprel 1885-ci ildə poruçik rütbəsinə layiq görülmüşdü.

Pirverdi bəy Nəsirbəyov 18 oktyabr 1890-cı ildə sərrast atıcılığa görə 74 manat pul mükafatı almışdı.

Pirverdi bəy Nəsirbəyov 15 iyun 1891-ci ildən 1 oktyabr 1992-ci ilə qədər alay hərbi məhkəməsinin və qarnizon rəisinin dəftərxanasının kargüzarı olmuşdu.

Pirverdi bəy Nəsirbəyov 10 iyun 1891-ci ildən 1 oktyabr 1893-cü ilə qədər alay silah-sursatına başçılıq etmişdi.

Pirverdi bəy Nəsirbəyov 25 mart 1892-ci ildə ştabs-rotmistr rütbəsinə layiq görülmüşdü.

Pirverdi bəy Nəsirbəyov 1 oktyabr 1893-cü ildən 17 iyun 1894-cü ilədək alay xəzinədarlığına başçılıq etmişdi.

Pirverdi bəy Nəsirbəyov 25 iyun 1895-ci ildə 3-cü dərəcəli Müqəddəs Stanislav ordeninə layiq görülmüşdü.

Pirverdi bəy Nəsirbəyov 1895-ci ildə müvəqqəti olaraq alayın 3-cü eskadronuna başçılıq etmişdi.

Pirverdi bəy Nəsirbəyov 1896-cı ildə olaraq alayın 6-cı eskadronun rəhbəri olmuşdu.

Pirverdi bəy Nəsirbəyov 19 iyun 1897-ci ildə imperator III Aleksandrın çarlığı xatirəsinə zərb olunmuş gümüş medalla təltif olunmuşdu.

Pirverdi bəy Nəsirbəyov 1897-ci ildə müvəqqəti olaraq alayın 1-ci eskadronuna başçılıq etmişdi.

Кириллица | Как Николай I стал главой лютеранской церкви

Pirverdi bəy Nəsirbəyov 1898-ci ildə alayın tədris hissəsinə başçılıq etmişdi. Həmin ildə də müvəqqəti olaraq alayın 3-cü eskadronunun rəhbəri olmuşdu. Sonrakı zamanda həmin eskadronun həqiqi amirlik etmişdi.

Pirverdi bəy Nəsirbəyov 15 mart 1899-cu ildə rotmistr rütbəsinə layiq görülmüşdü.

Pirverdi bəy Nəsirbəyov 24 oktyabr 1907-ci ildə podpolkovnik rütbəsinə layiq görülmüş, xəstəliyi ilə əlaqədar istefaya çıxmışdı.

Pirverdi bəy Nəsirbəyovun 10 may 1900-cü ildə hazırlanan xidməti dəftərinə görə, Cavanşir qəzasının Qarağacı kəndində evi, torpağı vardı. [РГВИА. Ф. 409. Оп. 1. Д. 133607. Л. 143-150.]

. Ənvər Çingizoğlu, jurnalist — etnoqraf

Bu xəbəri paylaşın: