Ukrayna Medvedçuku və 55 rusu 215 ukraynalı hərbi əsirlə dəyişdirdi

Ukrayna Rusiyaya siyasətçi Viktor Medvedçuku, eləcə də əllidən çox rus hərbçisini ruslara təhvil verdi. Əvəz olaraq Moskva öz növbəsində 200-dən çox ukraynalı hərbi əsir, o cümlədən Mariupol Azovstal zavodunu müdafiə edən əsgər və komandirləri Kiyevə təhvil verib.

Ukrayna hakimiyyəti Vladimir Zelenskinin Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermakla görüşünün yayımı zamanı mübadiləni təsdiqləyiblər.

«Müdafiəçilərimiz vətənə qayıdırlar», — Vladimir Zelenski Telegram kanalında yayımlanan yayımdan bir parçaya münasibət bildirib. “Çünki bizim üçün “özümüzünküləri darda qoymuruq” ifadəsi sadəcə söz deyil, bizim üçün bir qaydadır”.

Rusiya mətbuatı Ukraynanın 55 rus hərbi əsirini, eləcə də Ukraynada vətənə xəyanətdə ittiham olunan Ukraynanın Müxalifət Platforması — «За жизнь» partiyasının liderlərindən olan Vladimir Putinin «kirvəsi» (xaç atası) Viktor Medvedçuku təhvil verdiyini yazıb.

Öz növbəsində Rusiya 124-ü zabit olmaqla 215 ukraynalı hərbçini təhvil verib. Sərbəst buraxılanların təxminən yarısı Azovstalın müdafiəsində iştirak edib: onların arasında Azov komandirləri Denis Prokopenko və Svyatoslav Palamar, həmçinin zavodun müdafiəçilərinin fotoşəkilləri ilə məşhurlaşan Azov döyüşçüsü Dmitri Kozatski də var.

Ukrayna prezidenti bildirib ki, Azov komandirlərinin azad edilməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə baş tutub. Tərəflər azad edilənlərin müharibənin sonuna qədər Türkiyədə qalacağına dair razılığa gəliblər.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sərbəst buraxılma Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın vasitəçiliyi ilə həyata keçirilib.

Bu xəbəri paylaşın: