Kövrək ABŞ qocaları: Co Nensinin göz yaşlarını silməyə çalışır

Nensi Pelosinin səfərinin ardından ABŞ prezidenti Co Bayden «gül vurdu»: “Biz erməni xalqının demokratik istəklərini, suverenliyini və təhlükəsizliyini dəstəkləməyə davam edəcəyik”

Bu sətirlər ABŞ prezidenti Co Baydenin Ermənistanın Müstəqillik Günü münasibətilə baş nazir Nikol Paşinyana göndərdiyi təbrik məktubundandır.

Təbrik məktubunun mətnində deyilir:

“Müstəqillik günü münasibətilə Amerika Birləşmiş Ştatları adından erməni xalqına ən səmimi təbriklərimi çatdırıram! Biz erməni xalqının demokratik istəklərini, suverenliyini və təhlükəsizliyini dəstəkləməyə davam edəcəyik.

Sentyabrın 21-də biz sizin demokratiyaya sadiqliyinizi, eləcə də ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluq əlaqələrini qeyd etmək üçün erməni xalqına qoşuluruq. Son döyüşlər diplomatiyamızı ikiqat artırmağın zəruriliyini vurğulayır ki, Ermənistan öz qonşuları ilə münasibətləri normallaşdırmaq da daxil olmaqla, firavan və dinc gələcəyə baxa bilsin. Son hücumların (?!) qurbanlarına başsağlığı veririk (Azərbaycan tərəfindən -red). Regionda sabitliyin təmin edilməsi səylərinə verdiyiniz dəstəyi yüksək qiymətləndiririk. Biz Dağlıq Qarabağ xalqı (?!) da daxil olmaqla, münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və başqaları ilə işləməyə sadiq qalırıq.

Bu il yenilənmiş ABŞ-Ermənistan Strateji Dialoqu ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair ümumi öhdəliyimizi bir daha təsdiqlədi və ABŞ-ın Ermənistanın demokratik yoluna sadiqliyini vurğuladı. Siz korrupsiyaya qarşı mübarizəni davam etdirdiyiniz, hesabatlı institutları inkişaf etdirdiyiniz, qanunun aliliyi və insan hüquqlarına hörməti gücləndirdiyiniz zaman ABŞ Ermənistanın yanındadır.

Son bir ildə birgə işimiz xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə və dərinləşməsinə davam edib. Erməni xalqına təhlükəsiz və dinc Müstəqillik Günü arzulayıram!”

Əlavə şərhə ehtiyac yoxdur. Onu deyə bilərik ki, ABŞ demokratiyası budursa, bu demokrartiya 907 dəfə bunların kovboy təpələrinə dəysin…

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: