Xaqani Ədəboğlunun 2018-ci il yazısından: «Düşmən darmadağın edilərək, buradan çıxarmağa əsgər tapmayacaq»

Azərbaycanın ilk döyüşçü jurnalisti, Qarabağ müharibəsi veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərlik etmiş tarixçi-araşdırmaçı mərhum Xaqani Ədəboğlunun 2018-ci ildə Aprel döyüşləri (2016) ilə bağlı dərc olunmuş yazısını aktuallığını nəzərə alaraq oxuculara yenidən təqdim edirik. Allah ona rəhmət etsin!

Düşmən leşlərinin sayını 31 nəfərə qaldırdı. Dünən bu rəqəmi 16 elan etmişdilər və bunun inandırıcı olmadığını görüb 31 nəfərə çatdırdılar.

INTERFAX.RU informasiya agentliyindən haşiyə: Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin Qarabağda öldürülən 550 erməni əsgəri barədə mesajını təkzib edib. Amma bu təkzib reallığı əks etdirmir. Çünki 15 zenit-raket kompleksi (ZRK) vurulduğunu, onlarla ölü və yaralı olduğunu Araik Arutunyan adlı quldurbaşı etiraf edib. Üstəlik, cəbhə xəttinin 3 istiqamətdə yarıldığını və düşmənə məxsus DOT-ların vurulduğunu da qeyd ediblər. İlkin itkilər barədə təkzib olunmayan Azərbaycan MN-nin verdiyi məlumatda 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 8 ədəd artilleriya qurğusu məhv edilməsi sübutlarla elan edilib.

Hədəflərin dəqiqliklə vurulmasına uyğun hesabatlara diqqət etsək düşmən ən azı 500 nəfər itki verdiyini hesablamaq üçün hərbçi olmağa ehtiyac yoxdur. Artilleriya və Dron-larla dəqiq vurulmasıyla verilən itkilər çox saylı olmasıyla fərqlənir.

Bərpa olunmayacaq canlı qüvvə itkiləri (безвозвратные потери)


— ZRK -18×17=306×75%=229

— Tank (ekipaj) -22×5=110

— Ön postlar, Сəbrayıl, Füzuli —105

— Ağdərə, Talış və s. istiqamətlər —27

— Murov aşırımı — 30

— Artileriya qurğusu-8 x7=56×75%=42

— Mülkü əhali — 2

Cəmi: 545 nəfər


Xatırladım ki, eyni üsulla Aprel döyüşlərinin itkilərini hesablamışdım və ermənilər bu itkiləri 138-150 nəfər olmasını bəyan etmişdilər. Hətta öz içimizdə özünü hərbi ekspert elan edənlərdən bu fakta ağız büzənlər vardı, Nikol Paşinyan Aprel döyüşlərini araşdırmaq üçün komissiya yaradandan sonra öz təsdiqini tapdı. Lakin illər sonra Aprel müharibəsini araşdıran istintaq komitəsinin sədri Andranik Koçaryan mətbuat konfransında demişdi: 

“Biz 2016-cı ilin aprelində 547 nəfər əsgər və zabit itirmişik.” Andranik Koçaryan bu günə qədər itkilərin gizli saxlanılmasını belə izah etmişdi.

Hazırda komissiya Aprel müharibəsi üzrə istintaq komissiyası çərçivəsində çox ciddi addımlar atır. Komissiya əsasən hazırlıq mərhələsini keçmişdir. Biz ciddi araşdırma aparırıq. Etiraf edirik ki, aprel savaşında itkilərimiz olduqca çox olub. Bu savaşda 547 nəfər itirmişik. Bu günə qədər bu nəticə indi açılır. Bunu gizlin saxlanılması hakimiyyətin planının tərkib hissəsi olub“ – deyə Koçaryan bildirmişdi.

Mənim hesabatımda isə bu rəqəm 545 nəfər idi. Cəmi 2 nəfər yanlışım vardı. Başqa itkilər isə, sanitar itkilər adlanan (санитарные потери) yaralılardır.

Bu gün isə əldə etdiyimiz məlumatlara görə, cəbhəyə yaxın Martuni (Xocavənd), Xankəndi və Şuşa xəstəxanaları ağır yaralılarla doludur.

Ermənistana yaralıları daşımaq üçün Sisyan-Qubadlı yolu ilə hər gün 50 -dən çox tibbi yardım maşınlarının keçməsinin cənublu oydaşlarımız lentə alıblar. Yaralı sayını quldurbaşı Araik Arutunyan onlarla rəqəmi ilə ifadə edib. Düşmən yaralıları Qafan, Gorus, Sisyan və Qacarana daşımaqla İrəvanda yaranacaq ixtişaşları önləmək istəyir. Çünki övladını itirmiş valideynlərin cəbhəyə axınının qarşısını zorla alan Paşinyanın xunta rejimi növbəti etirazların yaranmasını istəmir. Yəni itkilər bu templə getsə, düşmən tərəfi buradan qaçmağa əsgər tapmayacağı görünməkdədir. Düşmən bu savaşda da Qarabağ ermənilərindən «qalxan» kimi istifadə etməklə yanaşı, Azərbaycanın mülkü əhalisini də hədəfə alır. Yaşayış binalarına Tərtər, Ağdam, Goranboy və Füzulidə atəş açılması dünya ictimaiyyətinin diqqətini nədənsə cəlb etmir.

Terrorçu separatçı erməni rejimi dünyaya həyasızcasına insan haqlarından dəm vurmağa çalışır. Mülki əhalini zorla özlərinə qalxan edərək müharibə aparır.

Şəhid edilmiş bir ailənin və yaralanmış mülki əhalinin siyahısını beynəlxalq ictimaiyyətə çatdırmalıyıq…

Ermənilərin top atəşi nəticəsində Naftalanda bir ailənin həlak olan 5 üzvü:

– Elbrus Qurbanov (1951),

– Şəfayət Qurbanova (1956)

– Afaq Əmirova (1981)

– Fidan Qurbanova (2006)

– Şəhriyar Qurbanov (2007)

Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində yaralanan mülki əhali:

Tərtər rayon sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov,

Daşkəsən rayon sakini 1982-ci il təvəllüdlü Cəlal Zalov,

Füzuli rayon sakini 1960-cı il təvəllüdlü Füzuli Məmmədov,

Füzuli rayon sakini 1995-ci il təvəllüdlü Vüsal Quliyev,

Ağdam rayon sakini 1961-ci il təvəllüdlü Bəykişi Zeynalov,

Ağdam rayon sakini 1997-ci il təvəllüdlü Eşqin Allahyarov.

Qeyd edim ki, Azərbaycan bu savaşda haqlı olan tərəfdir. Bəşəri dəyərləri ayaqlar altına salan faşizmə qarşı mübarizə aparır. Öz qanuni torpaqlarını terror yuvasına çevirmiş erməni quldurlara qarşı antiterror əməliyyatları aparır. Gələcədə Qafqazda var oluşunu istəyən hər bir dövlət bizim yanımızda, yəni haqlı olan tərəfin yanında olmalıdır. Əks halda onların Qafqazda yerləri ola bilməz. Bu gün anti Azərbaycan əməllərə meyilli Rusiya, Fransa və İrana üz tuturam. Hər birinizin ölkəsində ən azı 40 milyonluq türk-müsəlman əhalisinə müraciət etməli olsaq, o xanədanınız öz başınıza çökər. Bizləri buna vadar etməyin və Haqqın tərəfində olmaq sizlərin şər xislətinizə uyğun olmasa da, heç olmasa susmağa və bitərəf qalmağa çalışın. Çünki sonda qalib gələn biz olacağıq. Düşmən darmadağın edilərək, buradan çıxarmağa əsgər tapmayacaq.

05:42
01.04.2018-ci il, Zabrat

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: